Icma.az
close
up
RU
Bu sahədə BÖYÜK TƏMİZLİK başlayır KONKRET

Bu sahədə BÖYÜK TƏMİZLİK başlayır KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər ölkədə siyasi sahədə aparılan islahatlar və təmizləmə prosesi geniş müzakirələrə səbəb olub. Bir çox tanınmışlar təklif edirlər ki, bu islahatlar televiziya məkanında da tətbiq olunsun. Aparıcıların və efirə dəvət olunan qonaqların qeyri-etik davranışı, sosial şəbəkədə söyüş və nalayiq ifadələr işlətməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Televiziya ictimai rəyin formalaşmasında böyük rol oynadığından, burada baş verəcək dəyişikliklər medianın peşəkarlıq səviyyəsinə təsir göstərə bilər.

Ölkənin siyasi mühitindəki təmizləmə prosesinin televiziya məkanında da baş verməsi mümkündürmü?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Novruzəli Aslanovun fikrincə, televiziya sahəsində dəyişiklik məsələsində bir neçə mühüm aspekt mövcuddur:

“Ölkədə özəl telekanallar fəaliyyət göstərir. Bu kanallar dövlət büdcəsindən maliyyələşmir və fəaliyyətlərini əsasən şəxsi gəlirləri hesabına davam etdirirlər. Əsas gəlir mənbələri isə reklamdır. Yəni reklam istehsalatı güclü olmalıdır ki, telekanallar həm öz xərclərini qarşılaya, həm də fəaliyyətlərini davam etdirə bilsinlər.

İkinci məsələ verilişlərin reytinqi ilə bağlıdır. Yüksək reytinqli verilişlər şirkətlərin diqqətini çəkir, onlar həmin verilişlərə reklam yerləşdirməyə çalışırlar. Bu isə həm kanalın gəlirlərini artırır, həm də reklamverənlərin marağını təmin edir. Eyni zamanda, digər gəlir mənbələri də mövcuddur. Şirkətlər telekanallarla layihələr həyata keçirə, daxili və beynəlxalq tərəfdaşlıqlar qura bilərlər. Məsələn, bir şirkət telekanalla müqavilə bağlayaraq həm öz fəaliyyətini dəstəkləyə, həm də təbliğatını həyata keçirə bilər”.

Deputat deyib ki, son zamanlar televiziya məkanında neqativ halların artması cəmiyyəti narahat edir:

“Bu, əsasən ucuz və reytinqyönümlü şou proqramları ilə bağlıdır. Bir çox kanallar bu tip verilişlər vasitəsilə gəlir əldə etməyə məcburdurlar, halbuki həmin proqramlar cəmiyyətə, əxlaqa və mədəniyyətə heç bir xeyir gətirmir. Bu səbəbdən sahəyə daha dərin və sistemli yanaşma tələb olunur. Təklif edirəm ki, mövcud sahədə ictimai dinləmələr keçirilsin. Telekanalların rəhbərləri Milli Məclisə dəvət olunsun və müzakirələr aparılsın. Mədəniyyət Komitəsi qanun layihələri hazırlanarkən tədbirlər görsün ki, arzuolunmaz proseslərə yol verilməsin. Mən söz azadlığının məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Burada kompleks yanaşma tələb olunur. Qərarlar kanalları çətin vəziyyətlə üz-üzə qoymamalıdır”.

N.Aslanovun sözlərinə görə, bəzi telekanallar borc içindədir və fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər:

“Belə hallarda ya işlərini dayandırmalı, ya da dövlət və ya investisiya şirkəti onları maddi dəstəkləməlidir. Düzü, onların bağlanmasının lehinə deyiləm. Uğurlu və davamlı televiziya fəaliyyəti üçün iqtisadiyyat güclü olmalıdır ki, istehsalçılar reklam verməkdə maraqlı olsunlar. Reklamverənlər kanalın reytinqinə, baxış sayına və cəmiyyətin marağına görə qərar verməlidirlər. Bu, yalnız kompleks yanaşma ilə mümkündür”.

Novruzəli Aslanov daha bir maraqlı məqama toxunub:

“Biz artıq Prezidentin imzaladığı “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının şahidi olduq. Bu sənəd uzunmüddətli perspektivi nəzərdə tutur və müstəqillik dövründə ilk dəfə belə uzaqgörən plan təqdim olunur. Əvvəllər yalnız beş illik planlar mövcud idisə, indi 10-14 illik inkişaf strategiyası hazırlanır. Bu, ölkənin mədəni və strateji inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Konsepsiya illərə bölünəcək, iş planına daxil ediləcək və bütün sahələri əhatə edəcək. Burada köklü və sistemli yanaşma vacibdir. Hər bir addım ölçülüb-biçilməli, təkcə kəskin qərarlara deyil, yumşaq güc, ekspert rəyləri və təcrübəli mütəxəssislərin tövsiyələrinə əsaslanmalıdır. Yəni “xəncəri götürüb baş kəsim” prinsipi olmamalıdır. Keçmişdə digər dövlətlərin təcrübəsi də öyrənilməli, onların uğurlarından və səhvlərindən nəticə çıxarılmalıdır. Belə yanaşma yalnız davamlı və dayanıqlı inkişafı təmin edə bilər. Ümumiyyətlə, peşəkarlıq olmadıqda, ortaya problemlər çıxır. Bizim peşəkar aparıcılarımız var”.

Deputat Razi Nurullayev isə deyib ki, efir və internet efir məkanının “təmizlənməsinə” ehtiyac var:

“Cəmiyyətdə də bununla bağlı gözlənti mövcuddur. İnsanlar keyfiyyətli, səviyyəli efir istəyir. Amma paradoks var: bu tip verilişlərə baxılmasaydı, reytinq qazanmasaydı, kanallar, internet televiziyalar və blogerlər də onlara bu qədər yer ayırmazdı. Deməli, tələbat var. Yalnız qadağa, cərimə və inzibati təzyiqlərlə məsələni həll etmək mümkün deyil. Əsas mexanizm ictimai qınaqdır və hesab edirəm ki, bu gün cəmiyyətdə bu qınaq əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyədə formalaşıb. Düşünürəm, artıq əvvəlki qədər açıq-aşkar biabırçı hallar görməyəcəyik”.

Deputatın fikrincə, bu problem təkcə bizdə deyil, bütün dünyada var:

“Tam qarşısını almaq mümkün deyil. Lakin qanunvericiliyin tələbləri sistemli icra olunsa və bu istiqamətdə ardıcıl iş aparılsa, yaxın 4-5 ay ərzində sosial şəbəkələrdə və efir məkanlarında nəzərəçarpacaq normallaşma görmək mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri