Icma.az
close
up
RU
Bu sahədə çalışan qadınların maaşı daha yüksəkdir

Bu sahədə çalışan qadınların maaşı daha yüksəkdir

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

“Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir”.

“Unikal” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qadınlarımızın ən çox çalışdığı sektor təhsildir: “Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 min 147 nəfərdir. Onun 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından biri təhsil sferasında işləyir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımızın üstünlük verdiyi ikinci ən böyük sektordur.

Ümumi payda 16.2 faiz ilə bu sferada 116 min 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır: burada 95 min 566 qadın vətəndaşımızın əmək müqaviləsi qeydiyyatdan keçib”.

Deputat, həmçinin qadınların orta aylıq əmək haqqı ilə bağlı da fikir bildirib: “Ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir. Burada qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşlarımızın orta aylıq maaşı 1813 manat.

Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamamlayır: 1353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda, qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri