Icma.az
close
up
RU
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? AÇIQLAMA

Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? AÇIQLAMA

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Xarici komandada çıxış edən azərbaycanlı futbolçunun müddətli həqiqi hərbi xidmətə çağırılması faktının özü də, Azərbaycan qanunvericiliyinin tam təkmil olmamasını göstərir.  İdman, elm, incəsənət kimi sahələrdə fəaliyyət göstərən şəxslər var ki, onlar xarici ölkələrdə həm təhsil alıb, həm də Azərbaycanı təmsil edə bilər. Ancaq qanunlar buna imkan vermir". 

Bu sözləri "Yeni Sabah"a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O bildirib ki, qanunvericilikdə belə problemlərin həlli mütləq öz əksini tapmalıdır:

"Qanunvericiliyə yüngülvari əlavə və dəyişiklik etmək lazımdır. Mən də bunun tərəfdarıyam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov bir müddət öncə verdiyi müsahibəsində demişdi ki, Azərbaycan gənclərinin müxtəlif pillələr üzrə xaricdə rahat təhsil almasının tərəfdarıyıq. Bu mövzuda kimisə günahlandırmaq lazım deyil. Günah hamımızdadır. Çünki qanunvericilikdə belə problemlərin həlli mütləq öz əksini tapmalıdır. İstedadlı uşaqların sayı yüz yaxud min deyil. Onların sayı barmaqla sayıla biləcək qədərdir. Elə götürək yerli futbolçumuzun üzləşdiyi problemi. Həmin futbolçunun xarici klubda çıxış etməsi həm Azərbaycanı tanımaq nöqteyi-nəzərdən, həm də öz kariyerası baxımından daha yaxşı olardı. İndi Albaniyada yazacaqlar ki, biz onu istədik, amma Azərbaycan onu buraxmadı. Futbolçuya şərait yaradılmalıdır".  pizza mizza

Hərbi ekspert əlavə edib ki, hərbi qanunvericilik dəyişdirilməli, təkmilləşdirilməlidir:

"Qanunvericiliyə bizim tənbəl millət vəkilləri əlavə və dəyişikliklər etmək istəmirlər. Əlavə və dəyişikliklər edilsə, heç bir problem olmaz. Bu məsələdə biz daha çox itiririk, nəinki qazanırıq. Bunu mən dəfələrlə demişəm. Bizdə hamı çox yaxşı başa düşür, dərk edir. Amma qərara gələndə deyir ki, "vallah mənlik deyil". Bəs kimlikdir? Hərbi qanunvericilik dəyişdirilməli, təkmilləşdirilməlidir. Biz istedadlı uşaqlarımız üçün şərait yaratmalıyıq".

Xatırladaq ki, Albaniya çempionu "Eqnatiya" azərbaycanlı futbolçu Zamiq Əliyev ilə yollarını ayırıb. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə 25 yaşlı oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. Z.Əliyev ötən mövsüm başa çatdıqdan sonra istirahət üçün Azərbaycana qayıdıb. O, yay fasiləsindən sonra komandasının təlim-məşq toplanışına qatılmaq üçün ölkəni tərk etmək istəsə də, hava limanında çıxışına icazə verilməyib. Nəticədə müdafiəçi nə "Eqnatiya"ya qoşula, nə də Avropa klublarından aldığı digər təklifləri dəyərləndirə bilib. Yaranmış vəziyyəti nəzərə alan Albaniya çempionu futbolçu ilə müqaviləyə xitam verib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri