Icma.az
close
up
RU
Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək.

Yeni sistemin əsas məqsədi paytaxtda nəqliyyat sıxlığını azaltmaq və şəhərdaxili hərəkəti tənzimləməkdir. Bəs dəyişkən iş qrafiki konkret necə tətbiq olunacaq və hansı saatlarda iş başlanacaq?

Məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Ajans.az-a açıqlamasında bildirib ki, işə başlama saatlarının fərqləndirilməsi qaçılmazdır:

"Bakıda nəqliyyat və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Şəhərdə səhər və axşam saatlarında böyük sıxlıq yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir."

Elçin Bayramlının fikrincə, bəzi iş yerlərində işin səhər saatlarında başlaması məcburidir. Lakin bəzi qurumlar və müəssisələrdə işin bir qədər gec başlaması mümkündür:

"Müəyyən iş yerləri üçün saat 08:00-dan, digərləri üçün isə saat 10:00-dan başlamaq olar. Təhsil müəssisələrində də dərs saatlarının 09:30 yox, 10:30-dan başlaması mümkündür. Bu dəyişiklik nəqliyyat axınının bərabər paylanmasına kömək edəcək və sıxlığın azalmasına səbəb olacaq."

Ekspert vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir:

"Şəhərin müxtəlif hissələrinə yeni metro xətlərinin çəkilməsi vacibdir. Alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi tıxacların qarşısını ala bilər. Bundan əlavə Bakıya olan miqrasiyanın azaldılması üçün bölgələrdə iş imkanlarının və sosial infrastrukturun genişləndirilməsi lazımdır".

Elçin Bayramlı əlavə edib ki, şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.

Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiq olunması ilə bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB müvafiq siyahılar hazırlayacaq. Bu siyahıya uyğun olaraq fərqli sektorlar üçün müxtəlif iş saatları müəyyən ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri