Bu sahibkarlar kredit bürosuna məlumat verməyəcəklər
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.
Milli.Az xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.
Milli.Az

Nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat vermək öhdəliyindən azad edildi
19 Aprel 2025 12:01
Sahibkarlar bu haqda 15 gün müddətinə məlumat verməlidir
21 İyun 2025 11:13
Bu şəxslər vergi hesabatı verməyəcəklər
17 Aprel 2025 12:06
MM nisyə mal alıb satanları kredit bürosuna məlumat vermək öhdəliyindən azad edib
11 Aprel 2025 12:23

