Icma.az
close
up
RU
Bu səbəbə görə apellyasiyaya müraciət edənlərin sayı AZALIB

Bu səbəbə görə apellyasiyaya müraciət edənlərin sayı AZALIB

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanı verən 9-cu siniflərin sayı 51 min 237 nəfər idi. Onlardan 337-si imtahana gəlməyib, 6 nəfərin nəticəsi isə imtahan qaydalarını pozduğu üçün ləğv edilmişdi.


Modern.az xəbər verir ki, 50 min 894 nəfərin sadəcə 428-i apelyasiyaya müraciət edib. Bu da imtahanda iştirak edənlərin sadəcə 0,84 faizini təşkil edir. 
Ekspertlər qeyd edir ki, bunun səbəbi apellyasiya qaydalarında müəyyən dəyişikliklə bağlıdır. 
Qeyd edək ki, 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak etmiş 30 abituriyentin yazı işinə verilən bal Apellyasiya Komissiyasının qərarı ilə endirilmişdir. 

Apellyasiya qaydaları dəyişəcək


Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə isə öz növbəsində vurğulayıb ki, növbəti ildən apellyasiya qaydalarında dəyişiklik ola bilər. 


“Bu il buraxılış imtahanlarından sonra da müşahidə etdik ki, abituriyentlər tərəfindən apellyasiyaya əsaslandırılmamış müraciətlər çoxluq təşkil edir. Bu isə mövcud resurslarımızın lazımından artıq sərf olunmasına səbəb olub".

O bildirib ki, əksər Avropa ölkələrində apellyasiya müraciətləri ödənişlidir: “Azərbaycanda isə bu proses hazırda ödənişsiz şəkildə həyata keçirilir. Lakin növbəti ildən bu sahədə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, əsaslandırılmamış, səbəbi göstərilməmiş apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq”.


Onu da qeyd edək ki, 11-ci siniflər arasında keçirilən buraxılış imtahanında apellyasiyaya müraciət edən abituriyentlərin sayı ümumilikdə 10 min 981 idi. Onların 6 min 305-i 2 mart, 4 min 676-sı isə 9 mart tarixində keçirilən imtahanda iştirak edib. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri