Icma.az
close
up
RU
Bu səfər Türkmənistanın Türk dünyasına inteqrasiyasını gücləndirəcək

Bu səfər Türkmənistanın Türk dünyasına inteqrasiyasını gücləndirəcək

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycanın ən yeni tarixində yaranan yeni ənənələrdən biri də ölkəmizə səfərə gələn xarici dövlət başçılarının, mötəbər qonaqların paytaxtımızdan sonra, həmçinin Qarabağa da səfər etmələridir. Bu baxımdan, iyulun 16-da ölkəmizə səfərə gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıdan sonra bu gün Qarabağa getməsi heç də təsadüfi deyil. Görünən budur ki, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) liderlərinin ardınca, Türkmənistan da Qarabağa səfər estafetinə qoşulmağı zəruri hesab edib.
Qurbanqulu Berdiməhəmmədov işğaldan azad olunan Qarabağ bölgəsinə səfəri çərçivəsində iyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, həmçinin şəhərin Baş planı ilə tanış olub. Türkmən qonaq vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhərinin 30 il davam edən işğalı zamanı erməni vandalları tərəfindən tamamilə talan edilərək viran qoyulmasının izlərini əyani müşahidə edib. Berdiməhəmmədov, həmçinin dövlətimizin başçısı ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndinin mənzərələrini seyr edib, Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksini ziyarət edib, sakinləri salamlayıb. İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Bütün bunlar uzun illər boyu neytral siyasətə üstünlük verən və türk dövlətləri ilə məsafə saxlayan Türkmənistanın hazırda əsas siyasi fiquru sayılan Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın məruz qaldığı vəhşilikləri əyani görməsi baxımından olduqca vacibdir. Bunun mənəvi-psixoloji əhəmiyyəti var. Türk dövlətləri bir-birilərinin kədərinə də, sevincinə də şərik olmalıdırlar. Azərbaycan Prezidenti türk dövlətləri arasında mənəvi-siyasi birliyi, həmrəyliyi gücləndirməyi bacarır. Bu kontekstdə Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfərə gəlməsi və o cümlədən Qarabağ gerçəklikləri ilə əyani tanış olması olduqca əhəmiyyətlidir. Bu səfər Türkmənistanın Türk dünyasına inteqrasiyasını gücləndirəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri