Bu şəhərdə son 1 ildə ölümcül yol qəzası baş verməyib FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bura paytaxt olsa da, ciddi tıxaclar, hay-küy yoxdur. Söhbət uzaq Finlandiyanın paytaxtı Helsinkidən gedir.
Avtosfer.az xəbər verir ki, Helsinkidə son 1 ildə yol qəzalarında ölüm olmayıb. İnsan itkisi ilə nəticələnən son qəza 2024-cü ilin iyununda qeydə alınıb. Bəs 1,4 milyon nəfər əhalisi olan şəhər buna necə nail olub?
Yol hərəkətinin təşkili üzrə ekspert Roni Utriaynenin qənaətinə görə, bunun səbəbi uzun illər davam edən yaxşılaşdırma işləridir. Son 20 ildə infrastrukturda ciddi dəyişiklik edilib. Şəhərin əksər ərazilərində sürət 30 km/saata endirilib, piyada və velosiped yolları təkmilləşdirilib. Ən başlıcası isə ictimai nəqliyyatın əlçatanlığı təmin olunub. Paralel olaraq, nəzarət kameraları da artırılıb.
Yerli bələdiyyənin qərarı ilə məktəblərin ətrafında da sürət həddi 30 km/saata endirilib. Qayda yeni dərs ilində qüvvəyə minəcək.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Avqust 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















