Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ufada 1 maydan 30 sentyabra qədər 17 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün komendant saatı tətbiq olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saat 23:00-dan 06:00-dək valideynlərinin və ya qanuni nümayəndələrinin müşayiəti olmadan ictimai yerlərdə olmaq qadağan olunacaq. Qadağan olunmuş yerlərin siyahısına küçələr, uşaq və idman meydançaları, çimərliklər, parklar, həyətyanı sahələr, ictimai nəqliyyat, stansiyalar və digər oxşar obyektlər daxildir.
Şəhər administrasiyası xəbərdarlıq edib ki, əgər polis yetkinlik yaşına çatmayan şəxsi gecə vaxtı böyüklər olmadan həbs edərsə, onun valideynləri inzibati məsuliyyətə cəlb olunacaq. Hesabat araşdırma üçün Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya göndəriləcək.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 01 May 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















