Bu şəhərlər 100 il sonra yox ola bilər Siyahı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Alimlərin apardığı son araşdırmada qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və daşqınlar səbəbindən növbəti 100 il ərzində yox olmaq təhlükəsi ilə üzləşə biləcək 37 şəhərin adı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, “Swiftest”in həmtəsisçisi Metyu H. Neş tərəfindən aparılan araşdırmada dünyanın müxtəlif liman və sahil şəhərləri üzləşdikləri risk səviyyəsinə görə sıralanıb.
Tədqiqatda qlobal istiləşmənin təsirləri nəticəsində dəniz səviyyəsinin yüksəlməsi və daşqınların növbəti əsrdə onlarla sahil şəhərini yaşanmaz hala gətirə biləcəyi bildirilir.
Hesabatda bəzi şəhərlərin sahil mühafizəsi tədbirləri həyata keçirdiyi, lakin əksəriyyətinin daşqınların qarşısının alınması ilə bağlı kifayət qədər tədbir görmədiyi vurğulanır.
Yox olmaq təhlükəsi ilə üzləşən 37 şəhər
Araşdırmada təqdim olunan tam siyahı belədir:
1. Tokio – Yaponiya,
2. Mumbay – Hindistan,
3. Nyu-York – ABŞ,
4. Osaka – Yaponiya,
5. İstanbul – Türkiyə,
6. İzmir – Türkiyə,
7. Kəlküttə – Hindistan,
8. Banqkok – Tailand,
9. Cakarta – İndoneziya,
10. London – İngiltərə,
11. Dəkkə – Banqladeş,
12. Ho Şi Min – Vyetnam,
13. San-Fransisko – ABŞ,
14. Mayami – ABŞ,
15. İsgəndəriyyə – Misir,
16. Sidney – Avstraliya,
17. Boston – ABŞ,
18. Lissabon – Portuqaliya,
19. Dubay – Birləşmiş Ərəb Əmirlikləri,
20. Vankuver – Kanada,
21. Əbu-Dabi – Birləşmiş Ərəb Əmirlikləri,
22. Kopenhagen – Danimarka,
23. Yeni Orlean – ABŞ,
24. Dublin – İrlandiya,
25. Honolulu – ABŞ,
26. Amsterdam – Niderland,
27. Kankun – Meksika,
28. Venesiya – İtaliya,
29. Çarlston – ABŞ,
30. Makao – Çin,
31. Male – Maldiv adaları,
32. Lonq-Biç – ABŞ,
33. Savanna – ABŞ,
34. Nassau – Baham adaları,
35. Punta-Kana – Dominikan Respublikası,
36. Key Vest – ABŞ,
37. Kokbern Taun – Terks və Kaykos adaları.
Araşdırmaya görə, qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı risklər xüsusilə sahil və liman şəhərləri üçün ciddi təhlükə yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 17 Sentyabr 2026 03:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















