Icma.az
close
up
RU
Bu səhvi edənlər risk altındadır VACİB XƏBƏRDARLIQ

Bu səhvi edənlər risk altındadır VACİB XƏBƏRDARLIQ

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Havaların isinməsi ilə kondisionerlər yenidən istifadəyə verilib. Lakin isti mühitdən qəfil şəkildə çox sərin kondisionerli otağa keçmək və ya əksinə, ürək-damar sağlamlığı üçün risk yarada bilər.

 “Yeni Sabah” xəbər verir ki, elmi araşdırmalara görə, yay aylarında ürək tutması riski təkcə yüksək temperaturla bağlı deyil, ani istilik dəyişiklikləri də buna səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, qəfil temperatur fərqi qan damarlarının sürətlə daralmasına səbəb olur və bu da ürəyin iş yükünü artırır. Xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərdə bu vəziyyət ürək tutmasını tətikləyə bilər. Buna görə də çox isti yerdən birdən-birə çox soyuq məkana keçmək, tərləyən halda kondisionerin qarşısında oturmaq və ya onun altında yatmaq məsləhət görülmür. pizza hut

Aşağıdakı əlamətlər yaranarsa, dərhal xəstəxanaya müraciət etmək tövsiyə olunur:

Sinə ağrısı

Qəfil təzyiq enməsi və ya yüksəlməsi

Nəfəs darlığı

Bayılma hissi

Ürək-damar sağlamlığını qorumaq üçün kondisionerdən istifadə zamanı otaqla çöl arasındakı temperatur fərqinin 5-6 dərəcədən çox olmamasını tövsiyə edilir. Kondisionerin 24-26°C arasında tənzimlənməsi məsləhətdir. Əsas məqsəd çox soyuq deyil, sərin mühit yaratmaqdır.

Həmçinin soyuq havanın birbaşa sinəyə vurmasına yol verilməməli, gecə boyu kondisioneri işlətmək əvəzinə otaq havalandırılmalı və kifayət qədər su içilməlidir.

Kondisionerlərin filtrində toplanan bakteriya, göbələk və digər zərərli hissəciklər havanı çirkləndirə bilər. Çirkli filtrlər xüsusilə ürək, təzyiq və diabet xəstələri üçün təhlükə yaradır. Filtrlərin mütəmadi təmizlənməsi və dəyişdirilməsi vacibdir.

Qeyd edək ki, yay aylarında qida zəhərlənmələri, günvurma, hovuzlardan keçən infeksiyalar və susuzlaşma kimi problemlərin də daha çox müşahidə edildiyi vurğulanır.

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri