Bu sektorda çalışanların maaşı artacaq Deputat açıqladı
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq".
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır:
"Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır.
Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq".
Deputat vurğulayıb ki, bəzi qurumlarda eyni vəzifə üzrə çalışan şəxslərin maaşları bir-birindən fərqlənir:
"Bu çərçivədə Vahid Tarif Cədvəlinin yenidən təsdiqi dövlət sektorunda maaşların optimallaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda, oxşar vəzifələr arasında mövcud olan maaş uçurumunu aradan qaldıracaq".
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















