Icma.az
close
up
RU
Bu sənəd yoxdursa, əsgərliyə aparacaqlar Səfərbərlik Xidmətindən XƏBƏRDARLIQ

Bu sənəd yoxdursa, əsgərliyə aparacaqlar Səfərbərlik Xidmətindən XƏBƏRDARLIQ

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Doktorantura təhsilinə başlayan və qanunvericiliyin verdiyi imkanlardan yararlanaraq hərbi xidmətdən möhlət hüququ qazanan vətəndaşın qarşısına şərt qoyulub. Demokrat.az-ın redaksiyasına müraciət edən vətəndaş qeydiyyatda olduğu müvafiq qurum tərəfindən ondan işsizlik haqqında arayış tələb edildiyini, bu tələbin hüquqi əsaslarının qaranlıq qaldığını bildirib.
Məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir:
“Ali təhsil pilləsinin doktorantura səviyyəsində əyani təhsil alma müddəti başa çatdıqdan sonra (Qanunla nəzərdə tutulmuş möhlət hüququ bitdiyi üçün) çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsi ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, xarici ölkənin ali təhsil müəssisələrində təhsil alan çağırış yaşlı vətəndaşlar təhsili davam etdirmələrinə dair arayışı hər il oktyabr ayının 1-dək şəxsən Xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə təqdim etməlidirlər.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Burada əyani təhsilalma forması dedikdə "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarının 1.4. bəndinə əsasən Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Yəni doktoroantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan (iş yerindən) ayrılmaqla təhsil ala bilər.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarının 1.4. bəndinə əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Qaydaların 3.35-ci bəndinə əsasən, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər”.
Yəni, əgər siz doktoranturaya qəbul olunub əsgərliyə getməmək (möhlət almaq) istəyirsinizsə, dövlət sizdən həqiqətən "tələbə" olduğunuzu sübut etməyi tələb edir. Qanun deyir ki, əyani oxuyan adamın əsas işi təhsildir, o, tam iş günündə haradasa çalışa bilməz. Buna görə də, hərbi komissarlıq sizin haradasa rəsmi iş yerinizin olub-olmadığını yoxlamaq üçün həmin arayışı istəyir. Əgər rəsmi işiniz varsa, bu, "əyani təhsil" statusu ilə ziddiyyət təşkil edir və möhlət hüququnuzu sual altına qoyur.
Leyla Turan
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri