Bu sənədlər olmadan tikintiyə başlamaq olmaz KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda fərdi yaşayış evi tikmək istəyən vətəndaşların tikinti işlərinə başlamazdan əvvəl müəyyən hüquqi prosedurlara əməl etməsi tələb olunur. Xüsusilə evin mərtəbə sayı, hündürlüyü və aşırımları tikintinin hansı qaydada rəsmiləşdirilməsinə təsir göstərir.
Bəs fərdi yaşayış evinin tikintisi üçün hansı sənədlər təqdim edilməlidir və vətəndaş tikintiyə nə vaxt başlaya bilər?
Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, ümumi qayda olaraq tikinti işlərinin aparılması üçün icazə tələb olunur.
Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə fərdi yaşayış evləri ilə bağlı xüsusi qayda da müəyyən edilib:
“Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, üç mərtəbədən çox olmayan, hündürlüyü 12 metrdən və aşırımları 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə münasibətdə məlumatlandırma icraatı tətbiq edilir.
Bu kateqoriyaya aid evlərin tikintisi üçün ayrıca tikinti icazəsinin alınması tələb olunmur. Lakin tikintiyə başlamazdan əvvəl layihə və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər müvafiq səlahiyyətli orqana təqdim edilməlidir.
Sənədlərin təqdim edildiyi gündən etibarən 10 gün ərzində səlahiyyətli orqan tərəfindən əsaslandırılmış etiraz bildirilmədiyi halda, vətəndaş tikinti işlərinə başlaya bilər”.
Beləliklə, fərdi yaşayış evi tikmək istəyən vətəndaş əvvəlcə tikilinin qanunvericilikdə müəyyən edilmiş parametrlərə uyğun olub-olmadığını nəzərə almalı, daha sonra tələb olunan layihə və sənədləri müvafiq quruma təqdim etməlidir.
Qeyd edək ki, evin üç mərtəbədən, 12 metr hündürlükdən və ya 6 metr aşırımdan artıq olması halında məlumatlandırma icraatının tətbiqi məsələsi dəyişə bilər və belə tikililər üçün qanunvericiliyin digər tələbləri nəzərə alınmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















