Icma.az
close
up
RU
Bu sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər Deputat

Bu sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb. Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə rastlaşıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib. Onun sözlərinə görə, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. 

"Azərbaycan Respublikasının Prezidentinin qəti mövqeyi ondan ibarətdir ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsində Ermənistanın rəhbərliyi etiraf etməyə məcbur olub ki, "əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh ola biməz". Bir müddət öncə Ermənistanın baş naziri ölkədə əvvəllər keçirilən referendumların legitimlik baxımından sual doğurduğunu və ölkənin yeni konstitusiyasının 2026-cı il parlament seçkilərindən sonra qəbul edilməsi ilə bağlı referendum keçirilməsi ilə bağlı bəyanatla çıxış edib.

Ermənistanın əsas qanununda Azərbaycan tərəfinin təkidlə tələb etdiyi dəyişikliklər baş verərsə, sülh müqaviləsinin bağlanmasına ən ciddi maneələrdən biri aradan qaldırılmış ola bilər. Cənab Prezidentin dediyi kimi, Ermənistanın “konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”. Azərbaycan tərəfinin israr etdiyi digər mühüm tələb ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Tarixə qovuşan münaqişənin həlli üçün yaradılan və otuz ilə yaxın bir müddətdə fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirən bir qurumun mövcudluğuna ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra heç bir ehtiyac yoxdur".

Anar Kəlbiyev
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri