Bu şərab evində nöqsanlar aşkarlandı
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən "Azər Konyak" MMC-yə məxsus “Azər Konyak” şərab evində yoxlama keçirib.
"Unikal" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı “Göy-Göl”, “Gold Krım”, “Bacchus”, “Azərbaycan Qızılı” və “Украина” əmtəə nişanlı alkoqollu içkilərin Azərbaycan dilində etiket məlumatları ilə müşayiət olunmadığı, “Профессионал”, “Aloe Vera”, ”Минск”, ”Холодок”, “Organic”, “Nature Drop”, “Qərbi Azərbaycan”, “Brand Line”, “Хлебная Мера”, “Akedemik”, “Bambok”, “Украинское Золото”, “Белорусский Cтандарт” əmtəə nişanlı alkoqollu içkilərdə isə ünvan və istehsal tarixlərinin qeyd olunmadığı müəyyən edilib.
İçkilərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində “Украина”, "Aloe Vera", “Bacchus" əmtəə nişanlı alkoqullu içkilərin tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, məhsullar dövriyyədən çıxarılıb və məhv edilib.
Baxış sayı:99
Bu xəbər 17 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















