Icma.az
close
up
RU
“Bu, şərəfsizlikdir, pedofillikdir! Elşad Miridən sərt sözlər

“Bu, şərəfsizlikdir, pedofillikdir! Elşad Miridən sərt sözlər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlahiyyatçı Əkrəm Həsənov saytımıza açıqlamasında adlar çəkərək ittihamlar irəli sürüb. O bildirib ki, dində ayrı-seçkilik yaradan şəxslər var. Məsələn, onun sözlərinə görə, son vaxtlar hədis inkarçılığı geniş vüsət alıb və hazırda bu prosesin liderliyində Elşad Miri dayanır. Yaxud radikal təkfir fikirlərinin liderliyində Əlixan Musayev baş rolda oynayır.

Globalinfo.az-a danışan ilahiyyatçı Elşad Miri barəsində deyilənlərə önəm vermədiyini bildirib.

Onun fikrincə, son çıxışları müəyyən qruplara daha çox təsir edib:

“Mənim həmin şəxslər haqqında dediyim sözlər xoşlarına gəlməyib. Açıq şəkildə onların Azərbaycanda təhlükə yaratdıqlarını, Türkiyədə FETÖ məsələsi olduğu kimi, bizdə də sələfilərin bu cür müəyyən qurumlarda artıq formalaşdıqlarını dedikdən sonra, gün ərzində əleyhimə 2-3 dəfə video, səs yazıları, məlumatlar dərc olunur. Bunların hardan qaynaqlandığını bilirəm. Təsəvvür edin, adam TMB radiosuna çıxıb rahatlıqla sələfiliyin propaqandasını aparır, müəyyən dövlət qurumlarından dəstək alır. Bu adamlar da təbii ki, öz əl altılarına məsələni ortaya atmağı, məni ləkələməklə bağlı müəyyən informasiya yaymağı tapşırırlar”.

Elşad Miri onu ateizmi təbliğ edən biri kimi ittiham edənlərə də cavab verib:

“Mən niyə ateizmi yaymaqla məşğul olmalıyam? Mən insanları Qurana dəvət edən adamam. Hər kəs istədiyi sözü deyə bilər. Yutub kanalımda 1100-dən çox video var. Görsünlər ki, Elşad Miri onları ateizməmi çağırır, yoxsa Quranı yanlış tərcümələrdən təmizləyərək doğruyamı dəvət edir?! Baxıram ki, Quranda İbrahim peyğəmbər axirət anlayışını, Musa peyğəmbər isə Allah təsəvvürünü sorğulayır. Başqalarının insanlara gülünc kimi təqdim etdikləri islamı qəbul etmirəm. Bəziləri iddia edir ki, guya peyğəmbərimiz 9 yaşlı Aişə (s) ilə evlənib. Mən də deyirəm ki, bunu demək peyğəmbərə böhtandır, şərəfsizlikdir və Quranda belə bir şey yoxdur! Sonra da iddia edirlər ki, cənnətə daxil olan kişilərə yeniyetmə qız uşaqları veriləcək. Bu pedofillikdir! Kimliyindən asılı olmayaraq bunu deyən əxlaqdan yoxsul insanlardır ki, Allahın adına belə bir ifadələr çıxarırlar. Mən bunları deyəndə onların əyinlərindəki paltara bit düşür. Ona görə də narahatdırlar. Bunun da nəticəsi məni ləkələmək olur. Təəssüf ki, haqqımda danışanlar sələfilik anlayışını bu gün Səudiyyə Ərəbistanının əli ilə Azərbaycanda yaymaq istəyən qruplaşmadır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri