Icma.az
close
up
RU
Bu səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində kömək edə bilər

Bu səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində kömək edə bilər

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naqoya Universiteti Tibb Məktəbində aparılan yeni tədqiqat “unikal səs stimullaşdırma texnologiyası”nın hərəkət xəstəliyinin simptomlarını əhəmiyyətli dərəcədə yüngülləşdirə biləcəyini ortaya qoyub.

Lent.az “Science Daily” portalına istinadla xəbər verir ki, tədqiqat nəticələri “Environmental Health and Preventive Medicine” jurnalında dərc olunub.

Takumi Kaqava və Masaşi Katonun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, daxili qulağı xüsusi tezlikdəki səs dalğaları ilə stimullaşdıran bir cihaz hərəkət xəstəliyinə məruz qalan şəxslərdə ürəkbulanma, başgicəllənmə və ümumi narahatlıq kimi simptomları azaldır. “Sound spice®” adlandırılan bu texnologiya hətta cəmi bir dəqiqəlik stimullaşdırma ilə belə təsirli nəticələr göstərib. Tədqiqatçılar tərəfindən aparılan eksperimentlərdə həm siçan modellərindən, həm də insan könüllülərdən istifadə olunub. Onlar müəyyən ediblər ki, 100 Hz tezliyindəki unikal səs vibrasiyaları daxili qulağın otolitik orqanlarını stimullaşdıraraq balans və məkan oriyentasiyasına cavabdeh olan vestibulyar sistemin aktivləşdirilməsinə səbəb olur. Sürücülük simulyatoru və real avtomobil şəraitində keçirilən testlər göstərib ki, stimullaşdırmadan əvvəl unikal səsə məruz qalan iştirakçılar daha az narahatlıq hiss edib və simpatik sinir sisteminin aktivliyində yaxşılaşma müşahidə olunub. EKQ göstəriciləri postural nəzarət və Hərəkət Xəstəliyinin Qiymətləndirilməsi Sorğusunun nəticələri stimullaşdırmanın effektivliyini obyektiv şəkildə təsdiqləyib.

T.Kaqava qeyd edir ki, istifadə olunan səs səviyyəsi gündəlik həyatdakı səslənmə mühitinin daxilində qalır və texnologiyanın həm effektiv, həm də təhlükəsiz olduğunu göstərir. “Qısa müddətli stimullaşdırmanın sağlamlıq riski minimaldır və istifadə olunan səs səviyyəsi iş yerindəki səs-küy təhlükəsizliyi standartlarından xeyli aşağıdır,” – deyə o bildirib.

Bu araşdırma səsin balans sisteminə olan təsiri ilə bağlı elmi biliklərə mühüm töhfə verir və hərəkət xəstəliyindən əziyyət çəkən milyonlarla insan üçün sadə, qeyri-invaziv və effektiv bir müdaxilə metodu təqdim edir. Tədqiqat qrupu texnologiyanı daha da inkişaf etdirərək hava və dəniz nəqliyyatı kimi müxtəlif səyahət şəraitlərində praktik tətbiqlərini genişləndirməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Aprel 2025 06:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri