Icma.az
close
up
RU
Bu şəxslər 12 500 manatadək cərimələnəcək KONKRET

Bu şəxslər 12 500 manatadək cərimələnəcək KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda tullantı sularını düzgün idarə etməyənlərə 12 500 manatadək cərimə tətbiq olunacaq.

KONKRET.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə (SİMDNX) istinadən xəbər verir.

Məlumatına görə, müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı suların qanunvericiliyə uyğun idarə edilməməsi ətraf mühitə, xüsusilə su obyektlərinə ciddi təsir göstərdiyindən, bu sahədə nəzarət gücləndirilib və ictimai maarifləndirmə tədbirləri davam etdirilir.

Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli, 295 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”ə əsasən, belə ərazilərdə formalaşan tullantı sular sukeçirməz divar və dibə malik çirkab quyularında (şambolarda) toplanmalı, bu tikililər kanalizasiya və xarici şəbəkələrə dair texniki normativ-hüquqi aktların tələblərinə uyğun inşa edilməlidir.

Sənaye müəssisələrinin tullantı sularında zərərli maddələrin konsentrasiyası daha yüksək ola bildiyindən, bu subyektlər suları lokal təmizləyici qurğularda təmizlədikdən sonra kənarlaşdırmalıdırlar. Bu halda tullantı suların axıdılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi ADSEA ilə razılaşdırılmalıdır.

SİMDNX xəbərdar edir ki, tələblərə əməl edilmədikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq vəzifəli şəxslər 4 000 manatadək, hüquqi şəxslər isə 12 500 manatadək cərimə oluna bilər. Su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi hallarında isə Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaranır.

Qurumun açıqlamasında vurğulanır ki, su ehtiyatlarının azalması və iqlim dəyişikliyi fonunda tullantı sularının təmizlənməsi və düzgün idarə edilməsi təkcə hüquqi öhdəlik deyil, həm də mənəvi məsuliyyətdir; qaydalara riayət olunmaması isə regionda su qıtlığını və ekoloji riskləri daha da dərinləşdirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Sentyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri