Bu şəxslər 20 yaşınadək əsgər aparılmır
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda təhsil alan gənclərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bəs bu möhlət hansı təhsil müəssisələrində oxuyanlar üçün keçərlidir?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qeyd edək ki, qanunun müvafiq maddəsinə əsasən, 11 illik təhsil bazası ilə kolleclərə qəbul olunan tələbələr 18 yaşı tamam olduqda təhsillərini dayandıraraq hərbi xidmətə çağırılırlar.
Sevinc İbrahimzadə / Metbuat.az
Baxış sayı:107
Bu xəbər 24 Sentyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















