Bu şəxslər 250 manatadək cərimələnir
Icma.az, Metbuat saytına istinadən bildirir.
Bəzi hallarda yaşayış binalarında qonşular arasında səs-küy, təmir və ya yüksək səslə musiqi ucbatından narazılıqlar yaranır. Xüsusilə də gecə saatlarında baş verən bu hallar insanların istirahət hüququnu pozur və narahatlıq yaradır. Bəs əgər vətəndaşın yaşadığı mənzildə qonşu gecə saatlarında da səs-küy salırsa və narahatlıq yaradırsa, bu halda nə etmək lazımdır?
Vəkil Fariz Namazlı Metbuat.az-a açıqlamasında bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan cərimələr var:
"Belə ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək məbləğdə cərimə edilir".
Vəkil qeyd edib ki, əgər gecə saatlarında hər hansı şəxs səs-küy salarsa, bununla bağlı ərazi üzrə polis idarəsi və ya şöbəsinə müraciət etmək olar.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Oktyabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















