Icma.az
close
up
RU
Bu şəxslər 600 manat müavinət ala bilər Üç vacib məqam

Bu şəxslər 600 manat müavinət ala bilər Üç vacib məqam

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda mövcud müavinət növlərindən biri də işğaldan azad edilmiş ərazilərdə çalışan şəxslər üçün nəzərdə tutulub.

Globalinfo.az xəbər verir ki, bu, birdəfəlik müavinətdir və sözügedən ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə verilir.

Müavinətin məbləği 600 manatdır.

Həmin mütəxəssis üç şərtə cavab verməlidir:

Birincisi, peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis sayılmayacaq.

İkincisi, işçinin əmək stajı nəzərə alınır. Onun son 60 ay ərzində (son 5 ildə) fasiləli və ya fasiləsiz ən azı 24 ay əmək stajı olmalıdır.

Üçüncüsü, işçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır.

Necə əldə etmək olar?

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Nə zaman təyin olunur?

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İmtina edilməsi barədə qərar qəbul edildikdə isə, 5 gün müddətində səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bundan əlavə, müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

Qeyd edək ki, müavinət almaq hüququ olanlar –  Azərbaycan vətəndaşları, əcnəbilər və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərdir.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 06:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see197

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see148

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri