Icma.az
close
up
RU
Bu şəxslər 65 yaşdan sonra da işləyə bilər

Bu şəxslər 65 yaşdan sonra da işləyə bilər

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.

Sitat.info xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.

Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.

seeBaxış sayı:104
embedMənbə:https://sitat.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri