Icma.az
close
up
RU
Bu şəxslər avtobusa minə bilməz, əks halda... RƏSMİ

Bu şəxslər avtobusa minə bilməz, əks halda... RƏSMİ

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlər ictimai nəqliyyat vasitələrində qeyri-adi hadisələr baş verir. Məsələn, bir vətəndaş avtobusun şüşəsini sındırır, yaxud yaşlı qadın əlində bıçaqla sərnişinləri təhdid və təhqir edir. Təəssüf ki, belə hallarda onlara heç bir müdaxilə olunmur.

İctimai nəqliyyatda təhlükəsizliyin təmin olunmasına kim nəzarət edir? Bu cür hadisələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Globalinfo.az bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliynə (AYNA) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, avtobuslarda baş verən neqativ halların araşdırılmasını, əsasən hüquq-mühafizə orqanları həyata keçirir:

“Aidiyyəti orqanlar daşıyıcı şirkətlərdən avtobusdakı müşahidə kameralarının görüntülərini yoxlamaq hüququna malikdir. Əgər sərnişin xəstə və ya sərxoş vəziyyətdədirsə və bu, digər sərnişinlərə narahatlıq yaradırsa, onun daşınmasından imtina edilə bilər. Belə vəziyyətdə olan sərnişin avtonəqliyyata minməməlidir.”

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşlar ictimai nəqliyyat vasitələri, eləcə də ictimai yerlərdə üzləşdikləri xoşagəlməz hallarla bağlı dərhal polis orqanlarına məlumat verməlidirlər:

“Bu cür halların qarşısının alınması üçün polis əməkdaşları müvafiq şəxsi tapıb məsuliyyətə cəlb edir. Vətəndaşlar hər hansı bir hadisə ilə qarşılaşdıqda və ya şahidi olduqda, dərhal polisə, nazirliyin sosial şəbəkə səhifələrinə və ya “102” zəng mərkəzinə məlumat versinlər. Hər birimiz sosial məsuliyyətimizi unutmamalı və cəmiyyəti narahat edən neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq. Bu yanaşma ictimai nəqliyyatda və digər ictimai yerlərdə təhlükəsizliyi artırmağa kömək edəcək.”

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri