Icma.az
close
up
RU
Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər Daimi yaşamaq üçün…

Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər Daimi yaşamaq üçün…

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanların bölgələrdən Bakıya axını geniş vüsət almaqdadır. Əsasən işləmək məqsədilə paytaxta gələnlər burada taksi sürücüsü, tikinti şirkətlərində fəhlə kimi fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Vətəndaşların Bakıya köçü müxtəlif problemlərlə yanaşı, kənd təsərrüfatında da geriləməyə səbəb olur.

Əhalinin Bakıya köçünü dayandırmaq üçün bölgələrimizdə hansı peşə üzrə iş yerlərinin sayı artırılmalıdır?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bunun yetərincə ciddi bir problem olduğunu vurğulayıb.

O deyib ki, problemin həlli yollarını bir açıqlama ilə söyləmək mümkün olmasa da əsas istiqamətləri sadalamaq olar:

“Bu gün urbanizasiya – yəni kənd əhalisinin şəhərlərə axını demək olar ki, bütün ölkələrin ən ciddi problemlərindən biridir. Dünyada birinci sənaye inqilabı ilə kənd əhalisinin şəhərlərə axınına start verildi. Buna qədər əhalinin təxminən 3 faizi şəhərlərdə yaşasa da, kənddən şəhərə insan axını ildən ilə sürətlə artmağa başladı. Yaxın illərdə dünyada şəhər əhalisinin xüsusi çəkisinin 60 faizə çatacağı gözlənilir.

Kənd əhalisinin sürətlə şəhərlərə axını yalnız Azərbaycanın problemi deyil, lakin bizdə urbanizasiya daha acınacaqlı şəkildə baş verir. Bu, ilk növbədə ölkə iqtisadiyyatının 95 faizdən çoxunun Abşeron yarımadasında yerləşməsi ilə daha çox bağlı olan məsələdir”.

Fikrət Yusifovun sözlərinə görə, kənddən şəhərə insan axınının qarşısının alınmasının əsas yolu bölgələrdə iş yerlərinin açılmasından keçir:

“İnsan işləməsə, qazanmasa onun həyatı dayanar. İnsanlar kənddən şəhərə hər hansı bir işlə məşğul olmaq üçün gəlirlər. Baxın, həmin o hər hansı bir iş yeri regionda olarsa, vətəndaşlar heç vaxt özünün normal evini tərk edib Bakıda çox ağır bir mənzil şəraitində yaşamaq seçimi etməzlər. İş yerlərini isə dövlət açmamalıdır. Bunun üçün yerlərdə kiçik və orta biznesin inkişafının qarşısında duran problemləri həll etmək lazımdır. Bu sırada ilk yerdə biznesin maliyyə əlçatanlığı kimi ciddi bir problemin həlli yollarını tapmaq dayanır. Mövcud problem çözülməyincə yerlərdə biznesin yüksəlişi mümkün olmayacaq və əhalinin şəhərə axını davam edəcək. Kənddən şəhərə gəlmiş insanı geri qaytarmağın bir başqa yolu yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 İyun 2025 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri