Bu şəxslər də attestasiyaya CƏLB OLUNACAQ RƏSMİ
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
“Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək”.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, növbəti il bütövlükdə kitabxanaçı funksiyasında olan və kitabxanada müəyyən vəzifələr daşıyan şəxslərin attestasiyası olacaq:
"Təbii ki, attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Nazirlik ilk növbədə, peşəkar kadrların təyin edilməsini hədəf hesab edir. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, yəni nəticəyə əsasən, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 10 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















