Bu şəxslər erkən müayinələrdən keçməlidirlər
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Genetik risk daşıyan insanlar, ailəsində ürək xəstəlikləri, erkən yaşlarda baş verən ürək-damar problemləri olan şəxslər müayinələrə daha erkən başlamalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.
V.Məmmədova bildirib ki, adətən risk faktoru olmayan bir insanda təzyiqin ölçülməsinə 40 yaşdan sonra başlanması tövsiyə olunur. Amma genetik meyllilik olduqda bu yanaşma dəyişir:.
"Bu baxımdan genetik xüsusiyyətlərimizə xüsusi diqqət yetirməliyik. Lakin istər uşaq, istərsə də böyük olsun, əgər ciddi bir şikayət olmasa belə, hər bir insan ildə ən azı bir dəfə profilaktik müayinədən keçməlidir. Çünki hər hansı bir ağrının olmaması insanın tam sağlam olması demək deyil. Bir çox xəstəliklər aylarla, hətta illərlə simptomsuz şəkildə inkişaf edə bilər".
Onun sözlərinə görə, profilaktik müayinələrə ən azı ümumi qan analizi, ümumi sidik analizi, elektrokardioqramma, qaraciyər və böyrəklərin biokimyəvi göstəriciləri, qaraciyər infeksiyaları ilə bağlı analizlər, qalxanabənzər vəzin analizləri və ya ultrasəs müayinəsi, həmçinin qarın boşluğunun USM müayinəsi daxildir.
Zeynəb Rzayeva
Baxış sayı:70
Bu xəbər 17 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















