Icma.az
close
up
RU
Bu şəxslər hərbi xidmətdən azad edilsin Deputatdan TƏKLİF

Bu şəxslər hərbi xidmətdən azad edilsin Deputatdan TƏKLİF

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Globalinfo.az  müsahibəni təqdim edir:

– Qüdrət bəy, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişikliyə görə, Silahlı Qüvvələrə çağırış üçün yaş həddi 35-dən 30-a endirilir. Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev və ehtiyata buraxılmış bəzi yüksək rütbəli zabitlər yaş həddinin 27-28 yaşa qədər endirilməsinin daha səmərəli olacağını söyləyirlər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

– Son vaxtlar Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə ölkə həyatının aktual mövzuları ilə əlaqədar Milli Məclisdə müvafiq ictimai təşkilatların və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilir. Mən, ordu quruculuğu və Silahlı Qüvvələrə çağırışla bağlı da ictimai dinləmə keçirilməsini alqışlayardım. Dəyişikliklərlə bağlı qanun layihələri Komitə iclasından bir neçə saat öncə plenar iclasın gedişində elektron qaydada bizə göndərildi. Ona görə layihələri və beynəlxalq təcrübəni öyrənib müqayisə aparmaq fiziki baxımdan mümkünsüz idi. Mənim və sədri olduğum ƏHD Partiyasının mövqeyi ondan ibarətdir ki, biz, müqavilə ilə formalaşan peşəkar ordu qurmalıyıq. Hərbçi olmaq bir sənətdir, bunun üçün fiziki və psixoloji hazırlıq, irsən ötürülən cəsarət lazımdır. Konstitusiyanın “Vətəndaşların əsas vəzifələri” adlanan 4-cü fəslinin 76-cı maddəsində vətəni müdafiə hər bir vətəndaşın borcu sayılır və hərbi xidmət keçmənin qanunla müəyyən edilməsi göstərilir. Ona görə Konstitusiyanın bu maddəsinə istinad edib hamının hərbi xidmət keçməli olduğu barədə müzakirələrdə səsləndirilən fikirlərin əsası yoxdur. Vətəni müdafiə etmək borcunun, yaxud vəzifəsinin yalnız hərbi xidmət keçmək kimi başa düşülməsi isə kökündən səhvdir.

44 günlük savaşda müqavilə ilə formalaşan xüsusi təyinatlıların göstərdiyi şücaəti, peşəkarlığı və döyüş tapşırıqlarını necə yerinə yetirmələrini hər kəs gördü. Bu bir daha peşəkar orduya keçməyin zəruriliyini əyani nümayiş etdirdi. Əgər peşəkar orduya bu və ya digər səbədən tam keçmək mümkün deyilsə, Silahlı Qüvvələrə çağırış yaşının 27-28 yaşa qədər endirilməsini mən də müdafiə edirəm. Bundan başqa müzakirələr zamanı ailə vəziyyətinə görə möhlət hüququnun iki övladı olan və ailədə yeganə gəilr gətirən şəxslərə də şamil olunmasını təklif etdim. Onu da təklif etdim ki, ölkəmizin yüksək ixtisaslı kadrlara ehtiyacı olduğunu nəzərə alaraq magistr və rezidentura təhsili almış şəxslər pul qarşılığında çağırışdan azad olunsun və bu qanunvericilikdə öz əksini tapsın. Məsələn, dövlətin müqavilə ilə orduya cəlb etdiyi bir nəfərə çəkdiyi illik xərci, yaxud onun iki mislini ödəməklə onlar çağırışdan azad oluna bilərlər. Bu Silahlı Qüvvələrin maliyyə təminatına əlavə töhfə olar.

Müzakirələrdə mən indiki mərhələdə çağırışçılar üçün hərbi xidmət müddətinin bir ilə qədər endirilməsinin vacibliyini də diqqətə çatdırdım.

– Bu, Silahlı Qüvvələrin komplektləşdirilməsinə çətinlik yaratmaz ki?

– Hal-hazırda müəyən çətinliklərin ola biləcəyi barədə müzakirələrə qatılmış Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Xidmətin yüksək çinli əməkdaşları tərəfindən məlumat verildi. Amma ordu quruculuğu və səfərbərliklə bağlı kompleks islahatlar aparılarsa bu problem yaşanmaz.

– Qüdrət bəy, bu günlərdə Qərbi Azərbaycan icması soydaşlarımızın Qərbi Azərbaycana öz ata-baba torpaqlarına, min illərlə yaşadıqları yurdlarına qayıdışı ilə əlaqədar böyük beynəlxalq konfrans keçirdi. Bu ideyanın gerçəkləşmə imkanını necə qiymətləndirisiniz?

-İlham Əliyev xalqımız qarşısında dayanan ən çətin tarixi missiyanı yerinə yetirib. Qarabağ düşməndən azad edilib. İkinci tarixi missiya isə öz yurdlarından qovulmuş soydaşlarımızın dinc yolla geri qaytarılmasıdır. Bu istiqamətdə Prezidentin tapşırığı, onun köməkçisi Ədalət Vəliyevin himayəsi və Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərlinin birbaşa rəhbərliyi ilə böyük işlər görülür, beynəlxalq ictimaiyyətə tarixi həqiqətlər çatdırılır. Bu missiyanın uğurla yerinə yetirilməsi üçün bölgəyə sülh gəlməli, əməkdaşlıq, region dövlətlərinin siyasi və iqtisadi baxımdan sıx inteqrasiyası olmalıdır. Regionun, Azərbaycanın gələcəyi bizim daha çox Türkiyə və Rusiya ilə nə dərəcədə, hansı səviyyədə uğurlu əməkdaşlığımızdan asılıdır. Zəngəzurda az sayda erməni yaşayır, onlar da köçüb gedirlər. Mərhum Prezident Heydər Əliyev deyirdi ki, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Güclü iqtisadiyyat, güclü müttəfiqlər, milli birlik olacaqsa Qərbi Azərbaycana qayıdış da olcaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see208

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see207

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see141

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see134

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see130

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri