Bu şəxslər ölkədən çıxa bilməyəcək AÇIQLAMA
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Bankdan kredit götürüb ödənişləri gecikdirən şəxsləri hava limanında və ya sərhəddə xoşagəlməz sürpriz gözləyə bilər. Borcun vaxtında ödənilməməsi sadəcə cərimə faizləri ilə bitmir, həm də şəxsin ölkə hüdudlarını tərk etmək hüququnu əlindən alır.
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, şəxs kredit götürərkən onun geri qaytarılması ilə bağlı ödəniş cədvəlinə imza atır:
“Bununla da üzərinə konkret öhdəlik götürmüş olur. Əgər bu öhdəliklər vaxtında icra edilmirsə, müqavilə şərtləri pozulursa, nəticə etibarilə hüquqi məsuliyyət yaranır. Bu mərhələdə məsələ məhkəmə müstəvisinə keçə və məhkəmə qərarı ilə borcun ödənilməsi, əlavə sanksiyalar, eləcə də ölkədən çıxışa məhdudiyyət kimi tədbirlər tətbiq oluna bilər. Bu cür məhdudiyyətlər, əslində, müqavilə şərtlərini pozan şəxsə qarşı tətbiq edilən hüquqi təsir vasitələridir. Kredit götürən şəxs əvvəlcədən öhdəliyin icrasını planlaşdırmalıdır. Çünki öhdəliyin yerinə yetirilməməsi yalnız maliyyə deyil, həm də hüquqi nəticələr doğurur. Məsələ məhkəmə mərhələsinə keçdikdən sonra qanunvericiliyə uyğun olaraq şəxsin əmlakına həbs qoyula, ölkədən çıxışına məhdudiyyət tətbiq oluna və digər hüquqi məhdudiyyətlər müəyyən edilə bilər. Xalq arasında “stop qoyulması” kimi tanınan bu tədbirlər, borcun ödənilməsinə təkan vermək məqsədi daşıyır. Xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün ölkədən çıxış-giriş vacib olduğundan, bu cür məhdudiyyətlər onların fəaliyyətinə ciddi təsir göstərə bilər”.
Ekspert həmçinin vətəndaşların tez-tez üzləşdiyi texniki problemə də diqqət çəkib. Bəzən borc tam ödənsə də, sərhəddəki qadağa dərhal götürülmür. Bu isə bank və ya icra orqanlarının məlumatları sistemdə vaxtında yeniləməməsindən qaynaqlanır. Belə gecikmələr vətəndaşın hərəkət azadlığının əsassız məhdudlaşdırılmasına səbəb olur.
“Digər tərəfdən, praktikada belə hallara da rast gəlinir ki, şəxs kredit borcunu tam ödəsə də, ölkədən çıxışına qoyulmuş məhdudiyyət vaxtında aradan qaldırılmır. Nəticədə həmin şəxs hava limanında və ya sərhəd-keçid məntəqəsində “stop”la qarşılaşır. Bu isə adətən müvafiq qurumların xüsusilə bank və ya icra orqanlarının məlumatları vaxtında yeniləməməsi və ya məhkəmə qərarlarının icrasında gecikmələr səbəbindən baş verir. Belə hallarda artıq hüquq pozuntusu elementi yaranır və vətəndaşın hüquqları pozulmuş hesab oluna bilər. Ümumilikdə, məhkəmə tərəfindən ölkədən çıxışa məhdudiyyət qoyulması hüquqi çərçivədə tətbiq edilən təsir mexanizmidir və əsas məqsədi borcun qanunla müəyyən olunmuş qaydada ödənilməsini təmin etməkdir. Lakin öhdəlik icra edildikdən sonra bu məhdudiyyətlərin operativ şəkildə aradan qaldırılması da eyni dərəcədə vacibdir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Bu şəxslər ölkədən çıxa bilməyəcək AÇIQLAMA
26 Aprel 2026 22:53
Bu şəxslər ölkədən çıxa bilməz
19 İyun 2026 14:21
Bu şəxslər pensiyaya çıxa bilməyəcək
11 İyul 2025 10:09
Sarkisyan ölkədən çıxa bilməyəcək
26 Avqust 2026 13:31
Borcunu ödəməyən ölkədən çıxa bilməyəcək
05 İyun 2025 15:53
Baxış sayı:193
Bu xəbər 24 Aprel 2026 12:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları