Bu şəxslər ömürlük həbs cəzası alacaqla
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Salvador parlamenti 18 yaşdan aşağı şəxslərin qətl, zorlama və terror cinayətlərinə görə ömürlük həbs cəzasına məhkum olunmasına imkan yaradan qanun layihəsini qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, bu addım Prezident Nayib Bukelenin cinayətkar dəstələrə qarşı həyata keçirdiyi sərt təhlükəsizlik siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Qeyd edək ki, bu ayın əvvəlində ölkədə Konstitusiyaya edilən dəyişikliklə “qatillər, zorlayanlar və terrorçular” üçün ömürlük həbs cəzasının tətbiqinə hüquqi zəmin yaradılmışdı. Bundan əvvəl maksimal həbs müddəti 60 il idi.Yeni qanunla bu cəza növünün tətbiqi azyaşlıları da əhatə edəcək şəkildə genişləndirilib.
Bukele isə daha əvvəl dəstə ilə əlaqəsinin olub-olmamasından asılı olmayaraq, 18 yaşdan aşağı şəxslərin də bu çərçivədə mühakimə olunmasını dəstəklədiyini bildirmişdi.
Parlamentin sədri Ernesto Kastro qərardan sonra verdiyi açıqlamada, "Salvador ailələrinə bu cinayətkarların bir daha gün üzü görməyəcəyinə dair təminat verdik”, - deyə bildirdi.
Qeyd edək ki. Bukele hakimiyyəti 2022-ci ildən qüvvədə olan fövqəladə vəziyyət rejimi çərçivəsində cinayətkar qruplaşmalara qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirir.
Bu müddət ərzində çox vaxt məhkəmə qərarı olmadan 90 mindən çox şəxs saxlanılıb.Rəsmi məlumatlara görə, təxminən 8 min nəfərin günahsız olduğu müəyyən edilərək azadlığa buraxılıb.
Ən çox tənqid olunan məsələlərdən biri isə dəstə ilə əlaqəsi olduğu iddia edilən şəxslərin birbaşa böyüklər üçün nəzərdə tutulmuş həbsxanalara göndərilməsi olub.
Hökumətin sərt tədbirləri nəticəsində ölkədə qətl göstəriciləri tarixi minimuma düşsə də, bu siyasət insan hüquqlarının pozulması ilə bağlı iddiaları da gündəmə gətirib.
Sağçı Millətçi Respublikaçılar Alyansının konqresmeni Fransisko Lira minlərlə insanın hələ də ədalətli məhkəmə prosesini gözlədiyini bildirərək, "Günahsız insanlar törətmədikləri cinayətlərin bədəlini ödəyirlər" deyə qeyd edib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 27 Mart 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















