Icma.az
close
up
RU
Bu şəxslərə avtomobil verilməsinə görə məsuliyyət SƏRTLƏŞDİRİLİR

Bu şəxslərə avtomobil verilməsinə görə məsuliyyət SƏRTLƏŞDİRİLİR

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin avtomobili idarəetmə hüququ olmayan şəxsə verməsi inzibati məsuliyyət yaradır. Bu cür hallara görə cərimə və bəzi hallarda inzibati həbs nəzərdə tutulur".
Bunu Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.
O, bildirib ki, qanuna görə, nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verən fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 min manat məbləğində cərimə edilir:
"Eyni qayda bir il ərzində təkrar pozulduğu halda cərimələrin məbləği artırılır. Əgər bu pozuntu nəticəsində yol hərəkəti qaydaları pozularaq üçüncü şəxslərə fiziki və ya maddi zərər vurularsa, cərimələr daha da sərtləşir. Bu halda fiziki şəxslər 180 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 5 min manat cərimə olunur".
Vəkil bildirib ki, qanunvericilikdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin, xüsusilə sərnişin daşıyan nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslərə verilməsi ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirilir:
"Belə hallara görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 3 min manat cərimə edilir. Bu pozuntu bir il ərzində təkrar törədildikdə fiziki şəxslər barəsində 15 gündən 1 ayadək inzibati həbs, hüquqi şəxslər barəsində isə 5 min manat cərimə tətbiq oluna bilər. Əgər nəticədə zərərçəkənin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya maddi zərər vurularsa, cərimələr daha yüksək məbləğdə müəyyən edilir və inzibati həbs də tətbiq edilə bilər".
Onun sözlərinə görə, qanunun məqsədi yol hərəkəti təhlükəsizliyini təmin etmək, məsuliyyətsiz idarəetmənin və ağır nəticələrin qarşısını almaqdır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri