Bu şəxslərə kredit faizlərində güzəşt ediləcək
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycanda sosial cəhətdən həssas qruplara aid olan şəxslərin bank kreditləri ilə bağlı üzləşdiyi çətinliklər tez-tez müzakirə olunur. Xüsusilə işləməyən, ailəsində 1-ci və 2-ci qrup əlil olan və maddi dəstəyə ehtiyac duyan vətəndaşlar üçün kredit faizlərinə güzəştlərin tətbiq olunub-olunmaması cəmiyyətdə maraq doğuran mövzulardandır. Maraqlıdır, Azərbaycanda işləməyən, eləcə də ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və yaxud yardıma ehtiyac duyan şəxslərin götürdüyü kreditlərin faizlərinin ödənilməsi ilə bağlı fərqli rejim tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu kateqoriyadan olan şəxslər üçün kredit faizlərinin ödənilməsi ilə bağlı ayrıca və ya fərqli rejimin tətbiqi mümkün deyil.
Onun sözlərinə görə, əgər şəxs kredit götürdüyü zaman əlilliyi artıq mövcud idisə, bank kredit verərkən bu vəziyyəti nəzərə alıb və borcalanın ödəmə qabiliyyətini qiymətləndirib:
“Əlil şəxs kredit götürərkən şərtlər bəlli olubsa və bank həmin şəxsin kredit ödəmə qabiliyyətini təsdiqləyibsə, sonradan bu şərtləri dəyişmək mümkün deyil. Bu, kommersiya bankının verdiyi kreditdir və burada ümumi qanunvericiliklə ayrıca güzəştlərin müəyyən edilməsi mümkün deyil”.
İqtisadçı qeyd edib ki, yalnız kredit götürüldükdən sonra borcalanın sosial vəziyyətində kəskin dəyişiklik məsələn, əlilliyin yaranması baş verərsə, bu halda bankla qarşılıqlı razılaşma yolu ilə müəyyən dəyişikliklər edilə bilər:
“Belə hallarda borcalan bankla danışıqlar apararaq ödəniş qrafiki və ya digər şərtlərlə bağlı razılaşma əldə edir. Banklar da adətən bu cür halları normal qarşılayırlar”.
Xalid Kərimli əlavə edib ki, kreditlər kommersiya təşkilatları tərəfindən verildiyi üçün əlillər və ya sosial cəhətdən həssas qruplar üçün ayrıca ucuz kredit mexanizmi qanunvericiliklə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, yalnız dövlət xətti ilə verilən ipoteka kreditlərində güzəştli kateqoriyalar mövcuddur və həmin şəxslər üçün daha əlverişli şərtlər tətbiq olunur.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















