Bu şəxslərə sevindirici xəbər PUL VERİLƏCƏK
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya ödəniləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanında əks olunub.
Fərmana əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun vəsaitindən "Büdcə sistemi haqqında" qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödəniləcək: Dominos pizza
- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;
- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;
- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Sentyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















