Icma.az
close
up
RU
Bu şəxslərə sistem qoşdurmaq OLMAZ! Öldürür...

Bu şəxslərə sistem qoşdurmaq OLMAZ! Öldürür...

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Vitamin serumları və digər infuziya sistemləri, ümumiyyətlə, xəstələrin bədənindəki qida və maye balansını bərpa etmək üçün istifadə olunur. Lakin bu, hər kəs üçün uyğun deyil və xüsusilə müvafiq tibbi göstəriş olmadan tətbiq edilməsi riskli ola bilər”.

Bu sözləri “Yeni Sabah”a danışan həkim-infeksionist Aytən Ziyadova bildirib. O, qrip kimi viruslarda sistem, serum müalicələri ilə bağlı vacib məqamlara toxunub:

“Sistem bəzən vitamin və mineralların sürətli və effektiv şəkildə bədənə daxil olmasına kömək edir, amma bu müalicə üsulunun düzgün tətbiq edilməsi çox vacibdir. Əgər bir insanın orqanizmində müəyyən vitaminlər (məsələn, vitamin D, vitamin C, B12) və minerallar (məsələn, kalium, maqnezium) çatışırsa, bu zaman vitamin serumları kömək edə bilər. Bədən su və elektrolit balansını itirəndə, sistemlər (xüsusən də fizyoloji duz həlləri) bu tarazlığı bərpa etmək məqsədilə tətbiq olunur. Xroniki xəstəliklər, infeksiyalar və ya əməliyyatlar sonrası bədənin dərhal qidalanma və bərpa ehtiyacı olduğunda müvafiq göstərişlə vitamin və mineral serumları tətbiq edilə bilər.

Vitamin və digər infuziya sistemləri hər zaman təhlükəsiz deyil və bəzən ciddi sağlamlıq problemlərinə yol açma riski var. Bu, xüsusən bəzi hallarda nəzərə çarpır. İmmunitet problemləri olanlar, xroniki xəstəlikləri olan şəxslər (məsələn, böyrək xəstəlikləri, ürək çatışmazlığı və s.) bəzən serumlara həssas ola bilərlər. Serumların tərkibindəki bəzi maddələr, bu xəstəliklərə sahib şəxslərdə əlavə risklərə yol aça bilər”.

Həkim vurğulayıb ki, vitaminlər və bəzi maddələrə qarşı allergiya reaksiyaları ola bilər:

“Bu reaksiyalar ciddi şəkildə allergik şok və ya anafilaksiya kimi vəziyyətlərə gətirib çıxara bilər. Həddindən artıq vitamin və mineral tətbiqi (xüsusən də yağda həll olunan vitaminlər, məsələn, vitamin A və D) bədəndə zəhərlənməyə səbəb ola bilər. Yüksək miqdarda serum və ya qeyri-düzgün istifadə orqanizmin balansını poza bilər. Vitamin və mineralların bədəndəki tarazlığını düzgün qiymətləndirmək vacibdir. Bəzən insanların sistemə müraciət etməsi sadəcə soyuqdəymə və ya yüngül simptomlarla əlaqədar olur, amma müvafiq tibbi qiymətləndirmə olmadan, buna qərar vermək risklidir.

Vitamin və digər infuziya sistemlərinin istifadə edilməsi yalnız həkim tərəfindən tibbi qiymətləndirmə nəticəsində qərara alınmalıdır. Əgər bir şəxs soyuqlama, qızdırma və ya zəiflik hiss edirsə, əvvəlcə həkimlə məsləhətləşməli və yalnız onun tövsiyəsi ilə belə müalicələrə müraciət etməlidir. Vitamin serumları adətən infeksiya və ya xəstəliklərdən sonra bədənin sürətli bərpası məqsədilə təyin olunur, amma adi soyuqdəymə və ya virus xəstəliklərində çox vaxt bu müalicələrə ehtiyac yoxdur.

Vitamin serumları və infuziya sistemləri müalicə üçün effektiv ola bilər, amma bu metod hər kəs üçün uyğun deyil və riskləri nəzərə alınmalıdır. Bu cür müalicələrin tətbiqi yalnız tibbi göstərişlərə əsaslanmalı və həkim tərəfindən nəzərdən keçirilməlidir. Xüsusilə immuniteti zəif olan, xroniki xəstəlikləri olan və ya allergik reaksiyalar keçirə bilən şəxslər üçün bu müalicələr daha da riskli ola bilər.

Ümumiyyətlə, hər hansı bir müalicə metoduna başlamadan əvvəl şəxsi tibbi vəziyyəti nəzərə alaraq, mütəxəssis həkimlə məsləhətləşmək ən doğru yanaşmadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri