Bu şəxslərə torpaq sahələri verilə bilər
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təhlükəli ərazilərdə qanunsuz ev tikən vətəndaşlara digər ərazilərdən torpaq sahələri verilə bilər.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, sürüşmə zonalarında, palçıq vulkanları və neft kəmərləri yaxınlığında tikilən evlər vətəndaşlar üçün ciddi təhlükə yaradır.
Millət vəkilinin sözlərinə görə, bu evlərin tikintisinin qarşısı vaxtında alınsaydı, indi belə problemlər ortaya çıxmazdı. İnsanlar da bilməlidir ki, bu cür ərazi təhlükəli zonadır, ev tikmək və yaşamaq risklidir.
Tahir Rzayev onu da bildirdi ki, sürüşmə zonalarında və digər təhlükəli ərazilərdə ev tikən vətəndaşların hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi önəmli məsələlərdən biridir. Bu sahədə dövlətin müvafiq tədbirlər görməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif həll yolları təklif olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 01 Fevral 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















