Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur.
"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək. Bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər. Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Dekabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















