Bu şəxslərin ölkədən çıxışına stop qoyulur
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Azərbaycanda hərbi xidmətlə bağlı bəzi şəxslərin ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər. Bəzən vətəndaşlar bu barədə gec məlumatlandığı üçün əlavə problemlərlə üzləşirlər. Bəs kimlərin ölkədən çıxışına “stop” qoyula bilər?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab verib.
O bildirib ki, hərbi xidmətdən yayınanların, həmçinin xarici ölkədə təhsil alıb, hər ilin oktyabr ayının 1-dək növbəti tədris ilində təhsil almalarını təsdiq edən sənədi qeydiyyatda olduqları struktur bölməsinə təqdim etməyən şəxslərin ölkədən çıxışlarına məhdudiyyət qoyulur.
Sevinc İbrahimzadə / Metbuat.az


