Icma.az
close
up
RU
Bu şəxslərin pensiyası minlərlə manatdır Siyahı

Bu şəxslərin pensiyası minlərlə manatdır Siyahı

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda təxminən hər 10 nəfərdən biri pensiya alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkədə 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,7 faizinə bərabərdir. Həmin tarixdə təyin edilmiş aylıq pensiyaların orta məbləği 594,4 manat olub. Sentyabrın 1-nə isə Dövlət Sosial Müdafiə Fondu orta aylıq pensiyanın 596 manata, yaşa görə orta pensiyanın isə 634 manata çatdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, lakin bu orta rəqəmin arxasında kifayət qədər fərqli pensiya məbləğləri dayanır. Xüsusilə müəyyən vəzifələrdə və peşələrdə çalışmış şəxslər üçün pensiyanın hesablanması adi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların pensiyasından xeyli fərqlənir.

Bəs maraqlıdır, Azərbaycanda kimlər daha yüksək pensiya almaq imkanına malikdir?

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2026-cı ilin avqustunda Azərbaycanda 152 023 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb. Onların 116 068 nəfəri yaşa, 12 894 nəfəri əlilliyə, 23 061 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, seçkili vəzifəli şəxslərin, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatası üzvlərinin, ağır və zərərli sahələrdə çalışan şəxslərin və digər xüsusi kateqoriyaların pensiyalarının təyin edilməsini həyata keçirir.

Məsələn, "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavələr nəzərdə tutulur. Qanuna görə, 15 il hakim işləmiş sabiq hakimə hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə nəzərdə tutulur. 15 ildən artıq hakimlik stajı olduqda isə hər əlavə il üçün həmin orta aylıq əməkhaqqının 3 faizi də hesablanır.

Oxşar mexanizm prokurorluq işçilərinə də tətbiq olunur. Qanunun 20.8-ci maddəsinə əsasən, 15 il prokurorluq orqanlarında qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə hesablanır. 15 ildən yuxarı qulluq stajına görə isə hər əlavə il üçün orta aylıq əməkhaqqının 3 faizi əlavə olunur.

Yüksək pensiya imkanına malik digər qruplardan biri də sabiq deputatlardır. Qanunvericilik sabiq deputatların pensiya təminatı üçün ayrıca mexanizm müəyyən edib. Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi səviyyəsində təminat mexanizmi nəzərdə tutulur və deputatın əməkhaqqında sonrakı dəyişikliklər də nəzərə alınır.

Dövlət qulluqçuları da xüsusi pensiya mexanizminin tətbiq olunduğu qruplar arasındadır. Qanunun müvafiq müddəalarına əsasən, dövlət qulluğunda müəyyən edilmiş staja malik şəxslərin pensiyasına qulluq stajına görə əlavə hesablanması mümkündür. Bu hesablamada dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl 60 ayı ərzində dövlət məvacibinin orta aylıq məbləği nəzərə alınır.

Yüksək pensiya məsələsində ən böyük xüsusi kateqoriyalardan biri də hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə aid edilib. Bu qrupa müxtəlif hüquq-mühafizə və təhlükəsizlik strukturlarında xüsusi rütbə ilə xidmət edən şəxslər də daxil ola bilər.
Qeyd edək ki, müxtəlif illərdə Azərbaycan mətbuatında sabiq yüksək vəzifəli şəxslərin bir neçə min manat pensiya aldığı barədə məlumatlar dərc olunub. Məsələn, əvvəlki illərdə mediada bəzi sabiq yüksək vəzifəli şəxslərin - Hacıbala Abutalıbovun, Əli Həsənovun, Abel Məhərrəmovun 3 500-4 000 manat civarında pensiya aldığı barədə məlumatlar yayılmışdı.

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli "AzPolitika"ya bildirib ki, Azərbaycanda yüksək məbləğdə əmək pensiyasının formalaşması, əsasən, şəxsin peşəsinin adından deyil, onun əmək fəaliyyəti dövründəki sığorta göstəricilərindən, əmək haqqından, stajından və bəzi kateqoriyalar üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi pensiya təminatı qaydalarından asılıdır: "Yəni sırf hansısa peşədə işləyib deyə avtomatik olaraq həmin adama 10 min manat pensiya təyin olunmur. Bununla belə, müəyyən dövlət və xüsusi xidmət sahələrində çalışanlar üçün fərqli hesablanma mexanizmləri mövcuddur. Adi əmək pensiyalarında əsas amillərdən biri şəxsin fərdi hesabında toplanmış pensiya kapitalıdır. Yüksək rəsmi əməkhaqqı alan və uzun müddət yüksək məbləğdə sosial sığorta haqqı ödəyən şəxsin pensiyası da müvafiq olaraq yüksək ola bilər. Burada uzunmüddətli sığorta stajı da əhəmiyyətlidir. Buna görə yüksək pensiya ilə yüksək gəlirli əmək fəaliyyəti arasında birbaşa əlaqə var".

Ekspert qeyd edir ki, 10 min manat və daha yüksək pensiyalar məsələsində xüsusi pensiya təminatı olan kateqoriyaları ayrıca nəzərə almaq lazımdır: "Hərbi qulluqçular və bəzi xüsusi rütbəli şəxslər üçün pensiyanın hesablanması adi mülki əmək pensiyalarından fərqlənir. Məsələn, hərbi qulluqçular üçün xidmət müddəti və təminat xərcliyi nəzərə alınır və qanunvericilikdə müəyyən edilmiş əlavə hesablamalar tətbiq olunur. Mövcud qaydalarda 2017-ci ildən sonrakı dövr üzrə müəyyən xidmət illəri üçün təminat xərcliyinin 2 faizi, əvvəlki dövrün müəyyən hissəsi üzrə isə 3 faizi əsasında əlavələrin hesablanması kimi mexanizmlər var. Bu səbəbdən yüksək pensiya alanların arasında hərbi qulluqçuların, xüsusi rütbəli hüquq-mühafizə və digər xidmət sahələrində çalışmış şəxslərin, eləcə də qanunvericiliklə xüsusi təminat hüququ olan bəzi yüksək vəzifəli şəxslərin olması mümkündür".

"Dövlət qulluğunda vəzifə tutmaq özü-özlüyündə 10 min manatlıq pensiya yaratmır. Əsas məsələ həmin şəxsin hansı pensiya rejiminə düşməsi, əməkhaqqı və ya təminat xərcliyinin səviyyəsi, xidmət müddəti və qanunla müəyyən edilmiş əlavə hüquqlardır. Burada əsas problem pensiyalar arasında böyük fərqin yaranmasıdır. Bir tərəfdə uzun illər nisbətən aşağı əməkhaqqı ilə çalışmış və nəticədə 400-600 manat civarında pensiya alan böyük sayda insan var, digər tərəfdə isə xüsusi xidmət və ya yüksək gəlirli fəaliyyət nəticəsində dəfələrlə yüksək pensiya alan şəxslər mövcuddur. Bu fərqin bir hissəsi sığorta prinsipindən irəli gəlir - kim daha çox və daha uzun müddət sosial sığorta ödəyibsə, onun daha yüksək pensiya alması müəyyən mənada həmin sistemin məntiqinə uyğundur. Digər tərəfdən, xüsusi pensiya rejimləri bu fərqi daha da böyüdə bilir", - deyə ekspert qeyd edib.

A. Nəsirlinin sözlərinə görə, indeksasiya mexanizminin də sosial nəticələri ayrıca müzakirə oluna bilər: "Hazırda pensiyaların indeksləşdirilməsi müəyyən edilmiş qaydada bütün pensiya məbləğlərinə tətbiq edilir. Məsələn, 2026-cı ildə 2026-cı il yanvarın 1-dək təyin edilmiş pensiyalar 2025-ci ildə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq 9,3 faiz artırılıb. Eyni faiz prinsipi tətbiq ediləndə isə məbləğ fərqi avtomatik olaraq qorunur, hətta manat ifadəsində fərq böyüyür. Məsələn, 500 manat pensiyaya 10 faiz artım 50 manat, 10 min manat pensiyaya 10 faiz artım isə 1000 manat əlavə edir. Deməli, faiz eyni olsa da, sosial nəticə eyni deyil. Məsələn, aşağı pensiyaların daha yüksək faizlə, çox yüksək pensiyaların isə daha aşağı faizlə indeksləşdirilməsi müəyyən müddət ərzində pensiyalar arasındakı fərqin tədricən azalmasına imkan verə bilər. Belə yanaşmada məqsəd yüksək pensiya alan şəxsin qazandığı pensiya hüququnu birdən-birə azaltmaq yox, yeni artımların sosial baxımdan daha çox aşağı gəlirli pensiyaçılara yönəldilməsidir".

Ekspert qeyd edir ki, belə mexanizm tətbiq olunacaqsa, burada balans qorunmalıdır: "Çünki pensiya həm də insanın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqlarının nəticəsidir. Yüksək pensiya alan şəxslərin pensiyasının artımını həddindən artıq məhdudlaşdırmaq sığorta prinsipi ilə ziddiyyət yarada bilər. Daha məntiqli yanaşma minimum və aşağı pensiyaların daha sürətlə artırılması, orta pensiyaların orta templə indeksləşdirilməsi, çox yüksək pensiyalarda isə daha aşağı artım faizinin tətbiqi kimi mərhələli model ola bilər".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri