Icma.az
close
up
RU
Bu şəxslərin təqaüdləri artırıla bilər Arada ciddi fərq var…

Bu şəxslərin təqaüdləri artırıla bilər Arada ciddi fərq var…

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmiyyətdə vaxtaşırı müzakirə edilən məsələlərdən biri də tələbələrə verilən təqaüdlərlə bağlıdır. Əksəriyyət sözügedən ödənişlərin az olduğunu bildirir. İddia olunur ki, başqa ölkələrdə tələbələr təqaüdlər vasitəsilə kommunal, kirayə və sair xərcləri qarşılaya bilsələr də, Azərbaycanda belə deyil.

Ölkəmizdə tələbələrə verilən təqaüdlər artırılmalıdırmı?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda ali təhsil müəssisələrində tələbələrə verilən təqaüdlər, mövcud iqtisadi reallıqlar fonunda qənaətbəxş hesab olunmur:

“Təqaüdlərin miqdarı nə inflyasiya səviyyəsinə, nə də tələbələrin real həyat tərzinə uyğunlaşdırılıb. Bu, onların yalnız akademik nailiyyətlərinə görə təşviq olunmasına yox, həm də sosial rifahın təminatına xidmət etməlidir. Hazırda Azərbaycan dövlət universitetlərində yüksək nəticə göstərən bakalavr tələbələri üçün təqaüd 210 manatdır, orta nəticə üçün 130-150 manat arasında dəyişir. Bu isə bir tələbənin Bakıda və ya digər iri şəhərlərdə yaşam xərclərinin cəmi 15-20 faizini qarşılayır. Gənclər kirayədə qalırsa, bu təqaüd sadəcə bir həftəlik bazarlıq və ya bir neçə kommunal ödəniş üçün yetərlidir”.

Kamran Əsədov

Ekspert bildirib ki, mövcud durumda təqaüdlərin artırılmasına ehtiyac var:

“Azərbaycanın 2024-cü il dövlət büdcəsində təhsilə ümumi daxili məhsulun təxminən 4.4 faizi ayrılıb. Bu rəqəm beynəlxalq səviyyədə qəbul olunan 6 faizlik minimum hədəfə çatmır. Sosial bərabərliyin təmin olunması baxımından tələbələrin sayına görə sosial təqaüdlər sistemi də formalaşdırılmalı və bu təqaüdlər yalnız imtahan nəticələrinə əsaslanmamalıdır. Əks halda, təqaüd kasıb tələbələrə deyil, repetitor köməyi ilə yüksək nəticə göstərən maddi imkanlılara xidmət edən mexanizmə çevriləcək”.

Kamran Əsədov beynəlxalq təcrübədə vəziyyətin fərqli olduğunu vurğulayıb:

“Məsələn, Almaniyada təhsilhaqqı demək olar ki, yoxdur və “BAföG” adlı dövlət dəstəyi proqramı vasitəsilə tələbələrə 934 avroya (təxminən 1800 manat) qədər aylıq yardım verilir. Bu məbləğlə tələbə həm kirayə, həm qida, həm də yol və digər gündəlik ehtiyaclarını rahatlıqla qarşılayır. Skandinaviyada tələbələr dövlət tərəfindən həm təqaüdlə, həm də faizsiz tələbə krediti ilə dəstəklənir. Norveçdə tələbə aylıq təxminən 1100-1300 avro (təxminən 2120-2500 manat) məbləğində dəstək alır. Fransada isə həm təqaüdlər mövcuddur, həm də tələbələrə yataqxana, yemək, nəqliyyat xidmətləri ciddi endirimlərlə təqdim olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see229

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see196

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri