Icma.az
close
up
RU
Bu silahlar işə düşsə, İrəvanda yeni əsgər qəbirstanlıqları əmələ gələcək AÇIQLAMA

Bu silahlar işə düşsə, İrəvanda yeni əsgər qəbirstanlıqları əmələ gələcək AÇIQLAMA

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Regionda nəzarətsiz silahlanma təkcə Azərbaycanın deyil, bütün bölgə ölkələri üçün yaxşı bir şey vəd etmir”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Həsrət Rüstəmov Ermənistana silah yardımının intensivləşməsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, ilk növbədə isə bu cür silahlandırılma məhz erməni xalqının gələcəkdə yeni müharibələrə cəlb olunması riski yaradır:

"Ermənistanı uzun müddət Rusiya silahlandırdı. Nəticə nə oldu? Erməniləri qeyri-real hədəflərə həvəsləndirərək həm regionda uzunmüddətli qeyri-sabitliyə nail oldular, həm də çoxsaylı insan tələfatına səbəb oldular. Bununla imperiya ambisiyalarını təmin etməyə cəhd etdilər”.

Müsahibimiz bildirib ki, oxşar prosesi hazırda Hindistan, Avropa İttifaqı və ABŞ həyata keçirir. Erməni xalqı başa düşməlidir ki, onlara verilən silahlar xalqın müdafiəsi üçün verilmir, geosiyasi maraqların təmin olunması üçün verilir.

Həsrət Rüstəmov: Silahlandırılma Ermənistanın yeni müharibələrə cəlb olunması riski yaradır

Onun sözlərinə görə, əgər bu silahlar işə düşərsə, İrəvanda yeni əsgər qəbirstanlıqları əmələ gələcək:

“Azərbaycanın və hərbi müttəfiqi olan Türkiyənin də bu vəziyyətə çox dözməsi qeyri-mümkündür. Yəqin ki, hansısa formada bu prosesə adekvat cavab addımları atılacaq”.

Həsrət Rüstəmov hesab edir ki, ən doğru yol isə silahlanmanın durdurulması, Ermənistanın regionu yeni münaqişə poliqonuna çevirmək cəhdlərindən imtina etməsi olardı.

Qeyd edək ki, son günlər Ermənistana silah yardımı intensivləşib. Belə kİ, Fransa və Hindistanın ardınca indi də Yunanıstanın Ermənistana S-300 raket komplekslərini göndərəcəyi deyilir. Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin olması sirr deyil. Fransa, Hindistan, İran, Yunanıstan kimi ölkələrin Ermənistanı silahlandırması fonunda isə bu proses daha da dərinləşir.

İşğalçı kimi tanınmış Ermənistanın yenidən silahlandırılması birbaşa olaraq işğalçılığın dəstəklənməsidir. Bu addım Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir.

Görünür, Ermənistan özü də kütləvi silahlanmaya can atmaqla yeni müharibə ocağı yaratmağa çalışır. Həmçinin İrəvan bununla Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını sübut edir. Halbuki, Azərbaycan müharibə istəmir, dayanıqlı və ədalətli sülh müqaviləsi imzalamaq üçün bütün resursları işə salıb. Belə olduğu halda Ermənistanın aşırı silahlanması, hərbi xərcləri durmadan artırması sülh istəyindən yox, pis niyyətlərdən xəbər verir. Əfsuslar ki, Paşinyan hakimiyyəti qərəzli Qərb və Avropa dairələrinin, Azərbaycana düşmənçilik siyasəti yürüdən ölkələrin diktəsi ilə hərəkət etməkdədir.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see191

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see173

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see166

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri