Bu siqnallar infarktdan xəbər verə bilər Qadınlar xüsusilə diqqətli olmalıdır
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnfarktın qəfil baş verdiyi düşünülür, lakin elm adamları bildirirlər ki, ürək tutmasından bir neçə həftə və ya hətta bir ay əvvəl bədən xəbərdarlıq əlamətləri göstərə bilər. Xüsusilə qadınlarda bu ilkin simptomların fərqli və çox vaxt nəzərə çarpmayan şəkildə ortaya çıxması diaqnostika prosesini çətinləşdirir.
Milli.Az yazır ki, mütəxəssislər infarktı yalnız sinə ağrısı ilə əlaqələndirməyin yalnış olduğunu vurğulayır. Qadınlarda daha çox yuxu pozğunluğu, həzm problemi və qeyri-adi yorğunluq kimi fərqli əlamətlər ön planda olur. Bu isə onların infarkt keçirdiyini gec başa düşməsinə və tibbi yardıma gec müraciət etməsinə səbəb ola bilər.
Circulation jurnalında dərc olunan genişmiqyaslı bir araşdırmada, infarkt keçirmiş qadınların böyük bir qismində (təxminən 39%) tutmadan bir ay əvvəl həzm pozğunluğu yaşandığı qeyd olunub. Bu əlamət hadisə anında görünməsə də, infarktın erkən xəbərçisi ola bilər.
Tədqiqatın nəticələrinə görə, qadınların infarktdan təxminən bir ay əvvəl yaşadığı əsas əlamətlər bunlardır:
Qeyri-adi yorğunluq - 71%
Yuxu problemləri - 48%
Nəfəs almaqda çətinlik - 42%
Həzm pozğunluğu və mədə narahatlığı - 39%
Aşırı narahatlıq və gərginlik hissi - 36%
İnfarkt anında isə bu simptomlar daha çox müşahidə olunur:
Nəfəs darlığı - 58%
Bədən zəifliyi - 55%
Qeyri-adi yorğunluq - 43%
Soyuq tərləmə - 39%
Başgicəllənmə və tarazlıq itkisi - 39%
Həkimlər vurğulayırlar ki, bu əlamətlərdən hər hansı biri yaşandıqda, xüsusilə də bir neçə əlamət bir yerdə müşahidə olunursa, vaxt itirmədən tibbi yardım axtarılmalıdır. İnfarktın erkən mərhələdə müəyyən edilməsi həyat qurtara bilər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 06 Oktyabr 2025 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















