Bu şirkət rəhbəri yenidən məhkəmə qarşısında KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərov barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
Qeyd: 2022-ci il fevralın 17-i səhər saatlarında “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.
Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.
Habelə analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, şərti azadlıqda qalıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib.
Baxış sayı:178
Bu xəbər 26 Fevral 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















