Icma.az
close
up
RU
Bu şirkət vətəndaşı evindən qanunsuz şəkildə çıxarır İddia

Bu şirkət vətəndaşı evindən qanunsuz şəkildə çıxarır İddia

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı sakini Ələskər Məmmədov “Lux Residence” və “Pilot Həyat Residence” şirkətlərinin onu və həyat yoldaşını yaşadıqları evdən qanunsuz şəkildə çıxarmağa çalışdıqlarını iddia edir.

Globalinfo.az-a müraciət edən vətəndaş Ə.Məmmədov bildirib ki, uzun illərdir Bakı şəhəri, Yasamal rayonu, Səməd Dağlı küçəsi, 36 nömrəli fərdi yaşayış evində həyat yoldaşı ilə birlikdə yaşayır.

Onun sözlərinə görə, bu ünvanda yerləşən mənzilin bir otağı 1956-cı ildə Tağıyev Mirzə Bayraməli oğlu tərəfindən nənəsi Məmmədova Asya Mahmud qızına satılıb. Vətəndaşın özü bu evdə anadan olub, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən qeydiyyata alınıb və ailəsi ilə birlikdə burada yaşamağa davam edib.

Nənəsinin 1995-ci ildə həmin ünvanda vəfat etdiyini bildirən vətəndaş qeyd edir ki, Tağıyev Mirzənin sağlığında mənzilə dair heç bir mübahisə baş verməyib. Hətta sonralar onun ailə üzvləri ilə də belə bir narazılıq yaşanmayıb. Lakin 2000-ci ildə mərhumun oğlu Kamran Tağıyev məhkəməyə müraciət edərək, guya onların mənzildə kirayəçi olduğunu iddia edərək evdən çıxarılmalarını tələb edib.

Vətəndaş qarşılıqlı iddia qaldıraraq mənzilə istifadə hüququnun tanınmasını istəyib və Yasamal Rayon Məhkəməsinin qərarı ilə bu hüquq tanınıb. Məhkəmə müəyyən edib ki, mənzilin hazırda vətəndaşın istifadəsində olan hissəsi M.Tağıyev tərəfindən onun nənəsinə satılıb və ailə üzvləri tərəfindən sökülərək yenidən tikilib.

Ə.Məmmədov deyir ki, buna baxmayaraq, sonradan mənzilə qanunsuz çıxarış alınıb və 15 min manat kompensasiya təyin edilməklə vətəndaşın evdən çıxarılması barədə qərar verilib. O iddia edir ki, çıxarışın qanunsuzluğu ondan ibarətdir ki, faktiki olaraq evdə yaşadıqları halda, heç bir baxış və ölçmə aparılmadan sənəd verilib.

Ərazidə söküntü və tikinti işləri aparan “Lux Residence” şirkətinin bu prosesdə əsas iştirakçı olduğunu bildirən Məmmədov iddia edir ki, qanunsuz çıxarışdan sonra mənzilin bir hissəsi heç vaxt o mənzildə yaşamayan İmran Məmmədov adlı şəxsə satılıb. Onun fikrincə, bu alqı-satqı yalnız məhkəmədə şirkətin öz maraqlarını təmin etmək üçün baş tutub.

Vətəndaş vurğulayıb ki, “Lux Residence” şirkətinin rəhbəri Rafael Mirzəyev kompensasiya verməkdən imtina edib. Ondan məsələ ilə bağlı “Pilot Həyat Residence” şirkətinin rəhbəri Afiq bəylə görüş təşkil etməsini istəsələr də, bu, cavabsız qalıb.

Əlil olduğunu və hərəkət imkanlarının məhdudluğunu diqqətə çatdıran Ələskər Məmmədov bildirib ki, şirkətlər dövlətin azad sahibkarlıq mühitindən sui-istifadə edərək, onu və həyat yoldaşını şəhərin mərkəzindən qanunsuz şəkildə çıxarmağa çalışır.

Globalinfo.az “Lux Residence” və “Pilot Həyat Residence” şirkətinin mövqeyini dərc etməyə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri