Icma.az
close
up
RU
Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış: “Prorab” cəzalandırıldı

Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış: “Prorab” cəzalandırıldı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Pilot-16”nın iş icraçısı vətəndaşın evini icazəsiz sökdüyü üçün cəzalandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi araşdırma sonrası belə hökm çıxarıb.

66 yaşlı Əlisahib Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkə özgə əmlakını qəsdən məhv etməkdə təqsirli bilinib.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus 68 kvadratmetr evi və həyətdəki hamam-tualeti sökdürüb. Ağır texnika vasitəsilə söküntü aparılan zaman xoşbəxtlikdən evdə heç kim olmayıb.

Söküntü zamanı evdəki kondisioner, soyuducu, televizor və başqa əşyalar da sıradan çıxıb. Ekspertiza nəticəsində zərərçəkmişə ümumilikdə 61 min manat zərər dəydiyi təsdiq edilib.

Barəsində həbslə bağlı olmayan qətimkan tədbri seçilmiş “prorab” məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Novruzov qardaşları küçəsində “Pilot-16” MMC tərəfindən alınan evlərin söküntüsü aparılarkən iki evin boş və dağıntı halında olduğunu görüb. Bu səbəbdən ekskavator sürənə göstəriş verib ki, həmin evləri söksün. Bir ev tam sökülüb. Hazırki zərərçəkmişin evinin söküntüsü yeni başlayan vaxt ona rəsmi icazələri olmadığı barədə məlumat veriblər. Bundan sonra söküntü dərhal dayandırılıb. Şirkətin hüquqşünası Nicat onunla əlaqə saxlayaraq həmin evin söküntüsünə razılıq olmadığını bir daha təsdiq edib. Təqsirləndirilən şəxs Nicatın iş başlamamışdan əvvəl hansı evin sökülüb, hansının qalacağını demədiyini də etiraf edib.

O, son sözündə məhkəmədən bəraət istəyib. Amma maraqlıdır ki, Ə.Əzizov vətəndaşa dəymiş 61 min manatlıq ziyanı tam ödəyib. Vəsait Baş Prokurorluğun depozit hesabına oturulub. Pulun onun əvəzinə “Pilot-16” MMC tərəfindən ödənilib-ödənilmədiyi açıqlanmayıb.

Məhkəmə ziyanın tam ödənilməsini nəzərə alaraq, müttəhimi həbsə göndərməyib. Ona 4 il müddətinə şərti cəza verilib.

Hazırda hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, bu yaxınlarda da bənzər hadisə baş verib. Bir vətəndaşın evi “Melissa Group” tikinti şirkəti tərəfindən ailə evin içində ola-ola sökülüb. Bu səbəbdən şirkətin rəhbəri Qalib Məmmədov həbs edilib. 

Məlumat üçün bildirək ki, ötən il saytımıza Nəsimi rayonunda adıçəkilən şirkət tərəfindən qanunsuz söküntü işləri aparılması haqda vətəndaş şikayəti daxil olmuşdu. Bundan başqa, “Pilot-16” MMC-nin adı müxtəlif tikinti qalmaqallarında, eyni zamanda obyektlərin söküntüsüişlərində də hallanıb.

Mediada “Pilot-16” MMC-nin sabiq deputat Əsabil Qasımova aid olduğu deyilir. 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri