Bu şirkətlər dünyanın üçüncü ən böyük avtomobil istehsalçısını yaradacaqlar
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Honda", "Nissan" və "Mitsubishi" rəsmən vahid holdinqdə birləşərək "Volkswagen" və "Toyota"dan sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısını yaradırlar.
Redaktor.az xəbər verir ki, "Honda" və "Nissan" tərəfindən birgə bəyanatla elan edilən birləşmənin 2026-cı ilin avqust ayına qədər başa çatdırılması gözlənilir.
Alyansın məqsədi qlobal rəqabəti həll etmək və sıfır emissiyalı avtonom avtomobillərin inkişafını sürətləndirməkdir. "Mitsubishi"də 24,05% paya sahib olan "Nissan" daha əvvəl şirkəti ortaqlığa inteqrasiya etmək planlarını açıqlayıb.
Birləşmə üç brendə ümumi avtomobil platformalarını paylaşmağa, istehsalı optimallaşdırmağa və istehsal xərclərini azaltmağa imkan verəcək. Onlar həmçinin yeni texnologiyalar üzərində əməkdaşlıq edəcək və müxtəlif kateqoriyalardakı modelləri daha sürətli bazara çıxaracaqlar.
"Honda" və "Nissan" müstəqil brendlər olaraq qalacaqlar, lakin "Mitsubishi"nin rolu qeyri-müəyyən qalmağa davam edəcək.
Sevinc İBRAHIMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Dekabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















