Icma.az
close
up
RU
“Bu sistem sovetdən qalıb” Azərbaycanda bu absurda niyə son qoyulmur?

“Bu sistem sovetdən qalıb” Azərbaycanda bu absurda niyə son qoyulmur?

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Biz 20 ilə yaxındır deyirik ki, Azərbaycanda avtomobildən istifadə ilə bağlı etibarnamənin məcburiliyinə ehtiyac yoxdur. Dünyada bunu çoxdan ləğv ediblər. Bu, keçmiş SSRİ-dən qalma mirasdır”.

Bunu “Yeni Sabah” açıqlamasında tanınmış nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib.

O bildirib ki, avtomibilin başqa şəxs tərəfindən idarə olunması üçün etibarnamənin verilməsi sovet dövründə vətəndaşlara qarşı tətbiq olunan nəzarət mexanizminlərindən biridir və dünyada bu praktikadan artıq imtina edilib: Sezar pizza

“Sovet hakimiyyəti dövründə mülkiyyətlə bağlı məsələlərə çox sərt nəzarət vardı. Ona görə də insanların çoxu qorxusundan öz adına avtomobil ala bilmirdi. Mağaza müdiri düşünürdü ki, gedib öz adıma avtomobil alsam, deyəcəklər ki, bu qədər pul səndə haradandır? Bu səbəbdən avtomobili hansısa fəhlənin, sağıcının, kolxozçunun adına alırdılar və etibarnamə ilə götürüb özləri sürürdülər. Bu qanun da məhz o dövrdən qalmadır. SSRİ dağıldıqdan sonra yaranan 15 müstəqil dövlətin demək olar ki, hamısında bu sistem ləğv edilib. Mənim bildiyim qədəri ilə dünyanın heç bir dövlətində də avtomobildən istifadə üçün etibarnamənin məcburi olması yoxdur”.

Onun sözlərinə görə, hazırkı vəziyyət milli qanunvericiliyin məntiqinə də uyğun gəlmir:

“Etibarnamənin təyinatı başqadır, ümumilikdə etibarnamə sistemi ləğv olunsun demək olmaz, çünki bunun 2000 illik tarixi var. Biz sadəcə avtomobildən istifadə ilə bağlı notarial qaydada təsdiq olunan etibarnamənin məcburiliyinin aradan qaldırılmasını zəruri sayırıq.

Mülki Məcəllədə də avtomobili sürmək üçün başqasına verən zaman mütləq notarial qaydada təsdiqlənmiş etibarnamə olmalıdır deyə bir müddəa yoxdur. Bu, əslində Mülki Məcəlləyə də uyğun deyil. Yəni bu məsələ ilə bağlı öz daxili qanunvericiliyimizdə də uyğunsuzluq var”.

Ə.Hüseynov deyib ki. 2023-cü ildə Konstitusiya Məhkəməsi məsələ ilə bağlı qərar verib. Qərarda göstərilir ki, avtomobili idarə etmək üçün alınan sənədin məcburiliyi mövcud mülki qanunvericiliyə və təcrübəyə uyğun deyil: “Hətta Konstitusiya Məhkəməsi qərarında konkret olaraq Milli Məclisə tövsiyə edir ki, bu məsələyə yenidən baxılsın. Amma 2 ildən çox vaxt keçməsinə baxmayaraq, parlament bu məsələyə baxmayıb”.

Radara düşən və ya digər yol hərəkəti qaydasının pozuntusuna görə cərimə yazılan zaman avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək məsələsinə gəlincə, ekspert bunun dünya təcrübəsində istifadə edilən sadə həll yollarının olduğunu bildirib: “Məsələn, avtomobil sahibi müvafiq ərizə yaza bilər ki, həmin vaxt avtomobili o yox, konkret başqa bir şəxs idarə edib. Bu halda cərimənin həmin şəxsə yönləndirilməsi mümkündür”.

Nəqliyyat eksperti yekun olaraq etibarnamənin avtomobildən istifadə üçün məcburiliyinin ləğv edilməsinin problem yaratmayacağını, sadəcə qanunvericilikdə müvafiq dəyişikliklərin vaxtında edilməsinin vacib olduğunu söyləyib. O bildirib ki, islahatlar gecikmədən həyata keçirilməlidir.

Milli Məclisin deputatı Fazil Mustafa isə “Yeni Sabah” açıqlamasında bildirib ki, bu məsələ parlamentdə müzakirəyə çıxarıla və mövcud qaydalar yumşaldıla bilər:

“Milli Məclisdə hər bir məsələ müzakirə oluna bilər. Avtomobildən istifadə ilə bağlı etibarnamə məsələsi yumşaldıla da bilər. Bununla bağlı doğru arqumentlər gətirilərsə, məsələ əsaslandırılarsa etibarnamə tələbinin ləğv də mümkündür. Bütün  hallarda, vətəndaşların marağına uyğun nə varsa, onların vəziyyətinin yüngülləşdirilməsi istiqamətində istənilən addımı atmaq lazımdır. Əgər bu məsələ hər hansı ictimai qaydaya zərər vurmursa, kriminal əməllərin artımasına şərait yaratmırsa, həmin tələbin aradan qaldırılması mümkündür”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri