Icma.az
close
up
RU
“Bu siyasəti və “böyük”ləri “narahat etməkdə” davam edəcəyik”

“Bu siyasəti və “böyük”ləri “narahat etməkdə” davam edəcəyik”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan uğurlar əldə etməkdə davam edir. Özünü böyük adlandıran, amma qısqanclıqları və paxıllıqları ilə cılızlıqlarını göstərən dövlətlər bu uğurların əldə olunmasına maneə törədə bilmirlər”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi, Cross Media Təhlil Mərkəzinin analitiki Mübariz Göyüşlü söyləyib.

Siyasi şərhçi əlavə edib ki, dünya və BMT miqyasında olan tədbirin – COP29-un Azərbaycana gətirilməsi, yüksək səviyyədə gerçəkləşdirilməsi paxıllıq hissini daha da artırıb: “Əvvəllər hər zaman Azərbaycan dünyaya gedirdi, indi dünya Azərbaycana gəlir. Dünyanın problemləri Azərbaycanda müzakirə olunur, qərarlar verilir, ölkəmiz dünyanın mərkəzinə çevrilir. Dünyada sülh və ədaləti təmin etməli olanlar gərginlik və müharibə yaratmaqla məşğuldur. Belə məqamda coğrafi baxımdan kiçik görünən bir ölkənin – Azərbaycanın irəli çıxması və qlobal problemlərin həllinə göstərdiyi cəhdlər “böyük”lər tərəfindən qısqanclıqla qarşılanmaqdadır. BMT tədbirinin Azərbaycanda keçirilməsinə 200-ə qədər ölkənin dəstək verməsi, BMT baş katibinin 10 gün ərzində iki dəfə ölkəmizə səfər etməsi, açıqlama və çıxışlar etməsi, onlarla ölkənin on minlərlə təmsilçisinin Azərbaycana səfəri, iqlim probleminin gündəmdə saxlanılması, böyük dövlətlərin biganə siyasətinin, riyakar davranışlarının ifşa edilməsi – bax, onları narahat edən budur”.

M.Göyüşlü vurğulayıb ki, lakin Azərbaycan yolundan dönmək fikrindən deyil: “Bu siyasəti və “böyük”ləri “narahat etməkdə” davam edəcəyik. Azərbaycan doğru bildiyi yoldan çəkilməyəcək. Dünyanın ədalətə - Azərbaycan yanaşmasına, bacarıqlı siyasi liderə - İlham Əliyev kimi bacarıqlı siyasətçiyə ehtiyacı var. Biz bundan sonra da dost və müttəfiq ölkələrlə birlikdə dünyaya “Azərbaycan ədaləti” gətirməyə davam edəcəyik”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri