Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Bu söhbət dərin söhbətdi dedi və söydü Binəqədidə borca görə dava düşdü

Bu söhbət dərin söhbətdi dedi və söydü Binəqədidə borca görə dava düşdü

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda qohumlar arasında yaranan pul davası məhkəmə zalında yekunlaşıb. Abay Kunanbayev küçəsində yerləşən marketlərin birində başlayan mübahisə tərəflərdən birinin xəsarət alması və cinayət işinin açılmasına səbəb olub.
Demokrat.az xəbər verir ki, hadisə Bəhram və qohumu İslam (adlar şərtidir) arasında baş verib. Məlumata görə, avtomobildə gedərkən Bəhram qohumuna atasından qalan 2700 manatlıq tikinti borcunu xatırladıb. Tərəflər arasında yaranan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. İttiham aktına əsasən, Bəhram avtomobilin salonunda olan "Hell" enerji içkisinin dəmir qabı ilə İslamın baş nahiyəsinə zərbələr endirib, daha sonra isə onu yumruqla vurub.
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, qəfil hücum nəticəsində başı yarılıb və göz nahiyəsindən ciddi xəsarət alıb. O, borc məsələsinin əsassız olduğunu, əvvəllər təzyiq altında borcu etiraf etməyə məcbur qaldığını qeyd edib. Təqsirləndirilən şəxs isə ifadəsində yumruqdan istifadə etdiyini boynuna alsa da, dəmir qabla zərbə endirməsi faktını inkar edib. Mübahisəyə səbəb kimi İslamın onu insanların yanında təhqir etməsini göstərib.
Bəhramın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Binəqədi rayonu ərazisində Dərnəgül metrostansiyasının yaxınlığında yaşayır:
“Hadisə baş verən gün “Bolluq bazarı” adlanan ərazidə dəmir qəbulu ilə məşğul olan xalam oğlunun yanına gedən zaman təsadüfən İslam ilə rastlaşdım. O, hara getdiyimi soruşduğu zaman ona xalam oğlunun yanına getdiyimi bildirdim. İslam məni apara biləcəyini bildirdikdən sonra onun idarə etdiyi avtomobilə əyləşdim. Yolda İslamla aramızda mübahisə yarandı”. 
Təqsirləndirilən şəxs deyib ki, İslam ondan xalası oğlu Elmardan 5 manat alaraq ona verməsini xahiş edib:
“Lakin mən bundan imtina etdim. Bu zaman İslam ünvanıma təhqiramiz ifadələr işlətdi və avtomobili saxladı. Bundan sonra İslamdan mənə olan borcunu nə vaxt qaytaracağını soruşdum. İslam isə bu söhbətin dərin söhbət olduğunu və söyüş söyərək hər hansı borcunun olmadığını bildirdi. Həmin an avtomobilin içərisində İslamı yumruqla vurdum. İslam isə mənim qulağımdan yapışdı və biz avtomobilin içərisində dalaşmağa başladıq. Bir müddət dalaşdıqdan sonra yaxınlıqda işləyən xalam oğlu səs-küyü eşidərək, bizim olduğumuz avtomobilə yaxınlaşdı. O, avtomobilin qapısını açaraq İslama sürüb getməyini dedi. Lakin, İslam avtomobildən yerə düşdü və ətrafda insanların olmasına baxmayaraq, ünvanıma söyüşlər söyməyə başladı. Mən özüm həmin ərazidə yaşadığımdan və oradakı insanlar məni tanıdığından, İslamın həmin insanların eşitdiyi şəraitdə söyməsi mənə pis təsir etdi. İslama yaxınlaşaraq bir dəfə yumruqla vurdum. İttihamda mənim İslamı “Hell” içkisinin qabı ilə vurmam barədə yazılanlar həqiqəti əks etdirmir. Mən onu yalnızca yumruqla vurmuşam”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, İslamın hazırda yaşadığı evi onun atası inşa edib:
“Həmin evin inşasına görə İslamın atama 2700 manat borcu qalıb. Mən İslamla atamı üzləşdirmişəm və İslam həmin vaxt atama 2700 manat borcu olmasını etiraf edərək, pulu ödəyəcəyinə söz vermişdi. İslamla dalaşdığımız vaxt onun maşınında “Hell” içkisinin qabı olub. Lakin onu həmin qabla vurmamışam”. 
İş üzrə zərərçəkmiş İslamın sözlərinə görə, Bəhramın rəhmətlik atası onun evinin tikilməsində iştirak edib və aralarında haqq-hesab olub:
“Hadisə baş verən gün Bəhramla birlikdə onun avtomobili ilə gedərkən, atasına borcum qaldığını dedi. Mən isə söyüş söyərək “borcu olanı belə-belə olsun” dedim. Bəhram məni səhv başa düşərək, elə zənn etdi ki, onu söymüşəm. Bundan sonra Bəhram mənə yumruq atdı və biz avtomobilin içərisində dalaşmağa başladıq. Dalaşma zamanı İslam maşında olan “Hell” içkisinin qabı ilə başıma vurdu və mənim başım yarıldı. Qısa bir müddət avtomobilin içərisində dalaşdıqdan sonra İslam maşından düşdü, sürücü yan şüşəsindən yaxınlaşaraq yumruqla gözümə vurdu. Bundan sonra avtomobilimi sürərək, hadisə yerindən uzaqlaşdım”.
İslam qeyd edib ki, onun Bəhramın atasına hər hansı məbləğdə borcu olmayıb: “Təxminən məlum hadisədən 2 il əvvəl Bəhram məni görüşə çağırdı. Görüşə getdikdə gördüm ki, orada Bəhramın atası və Bəhramdan başqa 5-6 nəfər də tanımadığı şəxs var. Mən görüşə tək getdiyimdən həmin şəxslərin hansısa xəsarət yetirməsindən çəkindim, Bəhramın atasına borcum olmasını qəbul etdim və pulu ödəyəcəyimi bildirdim”. 
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Bəhramın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə maddəsi tətbiq edilib və ona 2 il sınaq müddəti olmaqla 1 il 11 ay 28 gün müddətinə şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri