Bu ssenari Üçüncü Dünya Müharibəsinə səbəb olacaq Şoyqudan XƏBƏRDARLIQ KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Moskva və Minsk onlara qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özlərində saxlayır. O, Avropaya da mesaj göndərərək bildirib ki, bu regiondakı hərbi hazırlıqları diqqətlə izləyirlər.
KONKRET.az xəbər verir ki, Şoyqu Rusiya mətbuatına açıqlamasında 25 Avropa ölkəsinin yaratdığı “İradəlilər Koalisiyası”na və Ukraynada mümkün atəşkəs razılaşması ilə bağlı məsələlərə toxunub.
Koalisiyanın Ukraynaya hərbi qüvvə göndərmək ehtimalını şərh edən Şoyqu deyib: “Avropada rasional düşünən siyasətçilər anlayırlar ki, bu ssenarinin həyata keçirilməsi NATO ilə Rusiya arasında birbaşa münaqişəyə, hətta gələcəkdə Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər”.
O, həmçinin qeyd edib ki, “İradəlilər Koalisiyası”nın istifadə etdiyi “sülhməramlı qüvvələr” anlayışı əslində Ukrayna və onun yeraltı sərvətləri üzərində nəzarəti ələ keçirmək cəhdlərini gizlədir:
“Bu cür qüvvələri işğalçı adlandırmaq daha doğru olar. Çünki bunlar NATO ölkələrindən gələn və Rusiyanın xüsusi hərbi əməliyyatdan əvvəl də mövcudluğuna qarşı çıxan qüvvələr olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Aprel 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















