Icma.az
close
up
RU
“Bu stadionda oynamaq heç də asan deyil” Qurban Qurbanov

“Bu stadionda oynamaq heç də asan deyil” Qurban Qurbanov

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah səfərdə “Şelburn”un qonağı olacaq.

İdmanxeber.az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– İlk olaraq bildirim ki, çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki komandanın oyunu canlı izləyərkən özünə xas bir oyun üslubunun olduğunu görürük və bu üslubu çox intizamlı yerinə yetirən futbolçular da var. Rəqibin oyun təcrübəsi baxımından üstünlüyü bizdən yüksəkdir. Onlar hazırda həm çempionatda,həm də Çempionlar Liqasında mübarizəni davam etdirirlər. Buna görə də, form baxımından bizdən daha yaxşıdırlar. Ancaq hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq və sabahkı oyunda səhvsiz oynamağa çalışmalıyıq. İnanıram ki, azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burada azdır, amma sanki 10-15 minlik stadionda oynayırsan. Çünki onların azarkeşlərinin sayı az olsa da, istəklərini Belfastda canlı gördüm. 

– Təhlükəni daha çox nədən gözləyirsiniz? 

– Sürətli əks-hücumları və çox yaxşı hücuma hazırlaşan komandadır. Standart vəziyyətlərdən də təhlükəli olduqlarını deyə bilərəm. Sabah biz çalışmalıyıq ki, az səhv edək və beləliklə istədiyimiz nəticəni əldə edək. 

– “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir. Artıq, 11 ildir ardıcıl olaraq qrup mərhələlərində iştirak edir. Bu uğurun sirri nədir?

– Mən buna sirr deməzdim. Klub öz işinə çox məsuliyyətli yanaşır. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, hər il ən azından uğur qorunub saxlanılmalıdır deyə bir prinsip var. Əfsuslar olsun ki, hər dəfə düşündüyümüz nəticəni əldə edə bilmirik. Amma bu 11 ildə qruplarda oynamaq həqiqətən bir uğur kimi düşünülə bilər. 

– Bir neçə il əvvəl İlandiyada “Dandolk”la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da eyni situasiya ilə qarşılaşsanız, buna münasibətiniz necə olar?

– Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf edər. Belə ki, Bakıdakı oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Ancaq bizi sabah çox istəkli və intizamlı kollektivə qarşı oyun gözləyir. Mən bunu tərif olaraq demirəm. Bu gün onlar bunu haqq edirlər. Bu stadionda oynamaq heç də asan deyil. Sabahkı oyunda hər bir nəticə ola bilər. Hər bir halda, qalib cavab qarşılaşmasında bəlli olacaq. (sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 23 İyul 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri